Əsas Səhifə > Ana xəbər / Güney Press > Azər Məmmədov vətəndaşları niyə narazı salır?
Azər Məmmədov vətəndaşları niyə narazı salır?3-01-2026, 08:22 |
|
İki gündür ki, minlərlə abonent bayram günlərini qazsız keçirir, insanlar soyuqdan donur. Azəriqaz İB-nin isə nə qədər məsuliyyətsiz bir qurum olduğunu görürük. Ümumiyyətlə, "Azəriqaz"la bağlı son vaxtlar narazılıq artmaqdadır. Bunun səbəbi smart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsidir. Həm də abonentə xəbər vermədən... Şəxsən yaxın qohumlarımızın yaşadığı hadisədir ki, xəbər vermədən qazı kəsib sayğacı dəyişdirməyə başlayıblar. Və minlərlə ailənin ortaq fikri belədir ki, mexaniki sayğaca keçirildikdən sonra qaz sərfiyyatı artır. Bu nə limitlə bağlıdır, nə də başqa məsələ ilə. Azəriqaz-a etibar qalmayıb, abonentlər düşünürlər ki, mexaniki sayğaclarda nəzarət çətindir. Məsələ o qədər həssasdır ki, ötən həftə Tiktok-da etdiyim çıxışa 700 min nəfər insan baxıb, minlərlə şərh gəlib. Bu şərhlərdə hər kəs mexaniki sayğacların quraşdırılmasından narazılıq edir. Artıq bu qurum əvvəlki mətbuat konfranslarını, "Açıq qapı" günlərini də ləğv edib, qapılarını mətbuatın üzünə bağlayıb. Azəriqaz-ın mətbuat xidmətindən Sitat.info-ya bildirilib ki, smart sayğaclar offlayn rejimdə olduğu üçün dəyişdirilir. Yeni mexaniki sayğacların üzərinə isə smart qurğular yerləşdiriləcək və onların quraşdırılması pilot layihə olaraq həyata keçirilir. Növbəti mərhələdə yəqin bu xərcləri də abonentlərdən çıxartmağa çalışacaqlar. Yeni mexaniki sayğac+smart qurğu sisteminin nə qədər effektiv olacağı sual altındadır. Nərgiz Liftiyeva, Sitat.info saytının rəhbəri Geri qayıt |