Əsas Səhifə > Ana xəbər / Güney Press > “Nə vaxta qədər adam tapıb yalvarmalıyıq?”

“Nə vaxta qədər adam tapıb yalvarmalıyıq?”


26-12-2025, 15:36

"Hörmətli, TƏBİB... Son illərdə bəzi sahələrdə müsbət addımlar atılır, bunu danmırıq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində jurnalist Arifə Əliyeva yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Amma “biz Abşeron sakinlərinin günahı nədir ki, təcili yardım üçün saatlarla gözləməli oluruq?”
Axı söhbət uşaqların həyatından gedir… Uşaq nəfəs almır, siz isə zəngə çıxmırsınız.
“Nə vaxta qədər adam tapıb yalvarmalıyıq?”
Nə vaxta qədər “tapşırdım” deyib sonra telefona belə cavab verməyənlərə möhtac qalacağıq?
Biz biabırçılıq etmədən, sosial şəbəkədə sizi rüsvay etmədən, “normal xidmət almaq istəyirik.” Bu bizim haqqımızdır!"

Geri qayıt