Əsas Səhifə > Ana xəbər / Güney Press > "100 şagirddən 100-ü də repetitora gedirsə, hansı dərslikdən danışırsınız?"
"100 şagirddən 100-ü də repetitora gedirsə, hansı dərslikdən danışırsınız?"26-12-2025, 07:25 |
|
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə şagirdlərin repetitora ehtiyac duymamasının mümkün olduğunu bildirib. Onun sözlərinə görə, DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir və əgər şagird nizam-intizamlıdırsa, müstəqil şəkildə öz üzərində işləməyi bacarırsa, əlavə hazırlığa ehtiyac qalmır. Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov isə bu fikirlə razılaşmadığını bildirib. Onun sözlərinə görə, Məleykə Abbaszadə uzun illər dərsliklərin monitorinqini aparan qurumun rəhbəri kimi dərsliklərin real vəziyyətini çox yaxşı bilir: “Məleykə xanım özü uzun müddət dərsliklərin bu qədər bərbad olması ilə mübarizə aparan şəxslərdən biridir. Tək özü yox, rəhbərlik etdiyi qurumla birlikdə bu problemləri dəfələrlə qaldırıb. Amma təəssüf ki, Dövlət İmtahan Mərkəzinin dərsliklərlə bağlı verdiyi təkliflər nəzərə alınmadı. Görünür, sonda DİM də bu mübarizədən yoruldu”. Ekspert qeyd edib ki, bu gün dərsliklərin hazırlanma prosesi təhsil məqsədlərinə deyil, biznes maraqlarına xidmət edir:
O, dərsliklərin hazırlanmasına birbaşa cavabdeh olan qurumlara da irad bildirib:
Elşən Qafarov vurğulayıb ki, dərsliklərin keyfiyyətsizliyi artıq hamıya bəllidir:
Ekspert problemin həlli ilə bağlı da təkliflərini açıqlayıb:
Ətraflı videomaterialda: Geri qayıt |