Əsas Səhifə > Ana xəbər / Güney Press > McDonald’s-dan "məzmunsuz" kampaniya
McDonald’s-dan "məzmunsuz" kampaniya26-12-2025, 06:28 |
|
McDonald’s Azərbaycan-ın mobil tətbiqində elan edilən cəlbedici endirim kampaniyaları istifadəçilər üçün əlçatmaz olub. 32gun.az bildirir ki, Şirkət "Yağışlı hava" münasibətilə 30% endirim vəd etsə də, müştərilər boş səhifə ilə qarşılaşırlar. Mobil tətbiqə daxil olan istifadəçilər ana səhifədə "Yağış - sevinməyə daha bir səbəb!!" şüarı ilə qarşılaşır və böyük endirim gözləntisi ilə təklifin üzərinə klikləyirlər. Lakin bu nöqtədə vəd edilən endirim kuponu yerinə, sistem "Məzmun əlçatan deyil" bildirişini təqdim edir. Vəd Var, Endirim Yoxdurİstifadəçilərin göndərdiyi görüntülərdən aydın olur ki:
Müştərilər Aldadılmış Hiss EdirKampaniyanın geniş şəkildə reklam olunmasına baxmayaraq, daxilində heç bir məzmunun olmaması istifadəçilər arasında narazılığa səbəb olub. Müştərilər tətbiqin onları faktiki olaraq mövcud olmayan bir təklifə yönləndirdiyini, bunun isə həm vaxt itkisi, həm də yanlış məlumatlandırma olduğunu bildirirlər. Görünən odur ki, McDonald's tətbiqi reklamı yeniləsə də, onun daxilindəki endirim mexanizmini və ya məzmunu yerləşdirməyi "unudub". Geri qayıt |