Əsas Səhifə > Ana xəbər / Güney Press > "AAAF-İnşaat"ın borcu 5,6 milyon manatdır
"AAAF-İnşaat"ın borcu 5,6 milyon manatdır20-12-2025, 07:25 |
|
Uzun müddət vergi borcu ilə gündəmdən düşməyən "AAAF-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda 5 milyon manatdan çox borcla üzləşib. 32gun.az xəbər verir ki, şirkətin cari borcu 5 milyon 637 min 32 manat 98 qəpik təşkil edir. Bildirək ki, "AAAF-İnşaat"ın hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 199-dur. Şirkətin nizamnamə kapitalı isə 20 manatdır.
"AAAF-İnşaat" uzun illər vergi və maliyyə borcları ilə gündəmdə qalaraq iş dünyasında diqqət mərkəzində olub. Şirkətin təsisçisi və sahibi Tofiq Heydərovdur. Geri qayıt |