Əsas Səhifə > Ana xəbər / Güney Press > Dəyişikliyin yanvarın 1-dən qüvvəyə minməsi Konstitusiyaya ziddir

Dəyişikliyin yanvarın 1-dən qüvvəyə minməsi Konstitusiyaya ziddir


15-12-2025, 02:28

"Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən yeni ildən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-yə cəlb olunacaq..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

O daha sonra bildirir: "Hazırda Məcəllənin 164.1.41-ci maddəsinə əsasən həmin avtomobillər ƏDV-dən azaddır. Qanunu Milli Məclis III oxunuşa qəbul etsə də, Prezident hələ imzalamayıb. Hər bir halda Qanun dekabrın ikinci yarısında dərc olunacaq. Bu isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85.3-cü maddəsinə ziddir. Həmin maddədə deyilir: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.” Yəni söhbət avtomobillərin idxalından gedirsə, bu, xarici ticarət fəaliyyətidir. Buna görə də dəyişikliyin yanvarın 1-dən qüvvəyə minməsi Konstitusiyaya ziddir. Amma nə edək, qanunların icrası normal olmayan ölkədə onların qəbulundanmı normallıq gözləyəcəyik?.."


Geri qayıt