Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan 2026-cı ili də AŞ PA-da olmayacaq

Azərbaycan 2026-cı ili də AŞ PA-da olmayacaq


10-12-2025, 16:12

Gələn ay Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır.

İlin ilk sessiyasında Avropa şurasına üzv dövlətlərin deputat qruplarının mandatı yenidən təsdiqlənəcək.

Gununsesi.info-nun xəbərinə görə, Milli Məclisdəki mənbələrdən əldə etdiyi məlumata görə, 2 ildir ki, AŞ PA-nın fəaliyyətindən kənarda qalan Azərbaycan nümayəndə heyəti bu il də Strasburqa getməyi düşünmür.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti 2024-cü ilin yanvarından AŞ PA-dan kənarda qalıb.

Buna səbəb Azərbaycanda insan hüquqlarının durumu göstərilib.

Bunu nəzərə alan AŞ PA Azərbaycan deputat qrupunun mandatını təsdiqləməkdən imtina edib.

Azərbaycan isə AŞ PA-nı ölkəmizə qarşı qərəzli olmaqda ittiham edir.

Qurumdakı nümayəndə heyətimizin başçısı olmuş Səməd Seyidfov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycana münasibət dəyişmədiyi üçün 2026-cı ilin sessiyasına getməyi düşünmürr: “Biz Avropa Şurasının üzvüyük. Qurumun digər strukturlarının işində iştirak edirik. Amma AŞ PA da fəaliyyətimiz yoxdur. Bunun da günahını AŞ PA-da axtarmaq lazımdır. AŞ PA bugün Avropa Şurasının baş katibinin iradəsinin əleyhinə çalışır.


Geri qayıt