Əsas Səhifə > Ana xəbər / Güney Press > "Parlament dərhal buraxılmalıdır, yoxsa ciddi qarşıdurmalar ola bilər"
"Parlament dərhal buraxılmalıdır, yoxsa ciddi qarşıdurmalar ola bilər"4-12-2025, 15:46 |
|
Ramiz Mehdiyevin, eləcə də Əli Kərimli və digər şəxslərin həbsi fonunda ölkədə yeni siyasi proseslərin baş verdiyi görünür. Mehdiyevin parlamentə təsiri, deputatların əksəriyyətinin onun razılığı ilə təyin olunduğu barədə səslənən fikirlər isə Milli Məclisin gələcək taleyi ilə bağlı müzakirələri daha da gücləndirib. Bəs bu şəraitdə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi mümkündürmü? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, hazırkı parlamentin böyük hissəsi Ramiz Mehdiyevin təsiri ilə formalaşıb:
Partiya sədri iddia edir ki, Əli Kərimli və Ramiz Mehdiyev əməkdaşlığı məsələsini illər əvvəl gündəmə gətirib və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, Milli Məclisdə Mehdiyevin təsiri altında olan deputatlar bu gün də proseslərə mane olur:
Hafiz Hacıyev hesab edir ki, ölkədə milli birliyə zərbə vurmamaq üçün parlamentin təcili buraxılması vacibdir:
O, həmçinin bildirib ki, hazırkı deputatlarla ölkədə yaxın zamanlarda ciddi qarşıdurmalar yaratmaq cəhdləri mümkündür:
Hafiz Hacıyev Ramiz Mehdiyevlə və Əli Kərimli ilə əlaqəsi olan bütün şəxslərin ifşa olunmasının vacibliyini də vurğulayıb. Geri qayıt |