Əsas Səhifə > Ana xəbər / Güney Press > Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır

Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır


1-12-2025, 10:03

Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Palatadan bildirilib.

Məlumata görə, auditin nəticələrinin açıqlanması "Hesablama Palatası haqqında" qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək.

"DİA-AZ" xatırladır ki, son günlər Mədəniyyət Nazirliyinin adı bir çox qalmaqallarda hallanır. Və elə buna görə də yuxarıdakı qərar təsadüfi hesab olunmaya bilər.

Məsələ diqqətimizdədir...


Geri qayıt