Əsas Səhifə > Ana xəbər / Güney Press > 29 illik vəzifə həyatının ağartdığı üz və...

29 illik vəzifə həyatının ağartdığı üz və...


1-12-2025, 02:51

Bu şəkilə diqqətlə baxın,
biri məktəb direktorudur, biri sadə kəndli...
Rənglərinə də baxın, biri rahat yeməkdən işıq saçır, biri də problemlərdən qaralıb, üzündə böyük bir yük var.
Əvvəla 29 il bir məktəbin direktoru olmağın özü qanunsuzdur və yolverilməzdir.
Taleh Əliyev adlı rayon sakini mətbuata deyir ki,
29 ildir Cəlilabad rayonu Həsənli kəndi orta ümumtəhsil məktəbinin direktoru olan Əliqismət Dadaşov onu işdən çıxarıb qohumunu onun yerinə qoyub.
Deməli bu qohumbazlıq kəndlərdə də var özü də balaca vəzifələrə kimi... Qarovulçuluq da qohumçuluqla olur artıq.
Özü də qoyunlarını otarmadığı üçün direktor bunu edib. Yəqin qoyunları da çoxdur və çobana pul vermək istəmir, dövlətin verdiyi pulla həm məktəbi, həm də qoyunlarını qorumaq istəyir.
29 il məktəb direktoru olmağı bacaran adam üçün belə yazıq adamları əzmək asandır.
Ədil Hüseynov - "DİA-AZ"

Geri qayıt