Əsas Səhifə > Ana xəbər / Güney Press > Müəllimlərə səlahiyyət verilməlidir...
Müəllimlərə səlahiyyət verilməlidir...1-12-2025, 02:15 |
|
"Müəllimdən şəffaflıq, obyektivlik və yüksək nəticə istəyirik. Amma sistem buna imkan vermir. Şişirdilmiş hesabatlar, kağız işlərinin həddən artıq çoxluğu, valideyn–müəllim anlaşılmazlığı, səlahiyyət çatışmazlığı və s. buna imkan vermir. Belə bir şəraitdə müəllimdən ideal nəticə gözləmək mümkünsüzdür". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist, təhsil eksperti Sakit Muradov qeyd edib.
O daha sonra bildirir: "Müəllimlər obyektiv qiymət yaza bilmirlər, məktəbdə infrastruktur zəif olduğundan diferensiallığı tam təmin edə bilmirlər.
Valideynlər isə sadəcə övladının univeristetə girməsi, buraxılış imtahanından keçməsi üçün narahatlıq keçirirlər.
Təhsilin üç dayağı — müəllim, valideyn və şagird — birlikdə olanda sistem işləyir. Bir tərəf zəifləyəndə isə təhsil çökür.
Belə bir halda müəllimə səlahiyyət verilməli, valideynlərlə maarifləndirici söhbətlər aparılmalı, şagirdlə sağlam mühit yaradılmalı, məktəbdaxili təzyiq azaldılmalıdır".
Geri qayıt |