Əsas Səhifə > Ana xəbər / Güney Press > AYNA məhəllə və həyətləri də pullu parkingə çevirir
AYNA məhəllə və həyətləri də pullu parkingə çevirir26-11-2025, 11:40 |
|
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) indi də məhəllə və həyətlərdə pullu parking yerləri salır. Tribuna xəbər verir ki, bu barədə sakinlərdən biri video paylaşıb. Məlum videodan aydın olur ki, AYNA əməkdaşı yaşayış binasının yanını parking üçün xətləyir. “AYNA indi də gəlib həyətin içini xətləyir. Belə icazə var ki, məhəllələrdə, həyətlərdə pullu dayanacaq üçün yerləri xətləsin? Bu nə qədər düzgündür? Camaat həyətində də pulla maşın saxlayacaq” AYNA-nın məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |