Əsas Səhifə > Ana xəbər / Güney Press > Maşın vuran keçmiş nazirlik işçisinin barəsində cinayət işi açılıbmış...

Maşın vuran keçmiş nazirlik işçisinin barəsində cinayət işi açılıbmış...


21-11-2025, 15:12

Dünən axşam saatlarında Sumqayıtda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini Adil Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə S.Vurğun küçəsində yolu keçən piyada 55 yaşlı Yaqub Qərib oğlu Əhədovu vurub.

Y.Əhədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə,Yaqub Əhədov Müdafiə Nazirliyinin Silahlandırma idarəsinin keçmiş rəisidir. O, bir neçə il əvvəl nazirlikdəki vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb. Həmin vaxt Ə.Yaqubovun rütbəsi də polkovnikdən aşağı salınıb.


Geri qayıt