Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan seçimi etdi: Vaşinqtona işarə verdi, amma...
Paşinyan seçimi etdi: Vaşinqtona işarə verdi, amma...5-11-2025, 06:30 |
|
İrəvan və Vaşinqton Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır. “Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib. Paşinyan bildirib ki, Rusiya regional kommunikasiyaların açılmasından sonra Azərbaycandan Ermənistana dəmir yolu nəqliyyatı ilə istifadə edə biləcək. Nikol Paşinyanın qeyd edilən açıqlaması bölgədə nəqliyyat-tranzit dəhlizlərindən istifadə məsələsində əsas rəqabətin daha çox ABŞ və Rusiya arasında getdiyini göstərir. Ermənistan bu prosesdə özünü daha çox balanslı siyasət yürüdən tərəf kimi göstərməyə çalışsa da, real vəziyyət başqadır. Nikol Paşinyanın “Tramp marşrutu”nun inşası ilə bağlı fikirləri rəsmi İrəvanın nəqliyyat-tranzit yollarının inşası və bərpasında daha çox ABŞ ilə əməkdaşlığa üstünlük verdiyini göstərir. Ermənistanın baş naziri Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın əlinə keçməsini istəmir. Bu, regionda Rusiyanın geosiyasi mövqelərini möhkəmlətməklə yanaşı, Ermənistanın blokadada qalmasına gətirib çıxara bilər. Paşinyan isə nəqliyyat-tranzit əlaqələrinin bir hissəsinin açılmasına nail olmaqla 2026-cı ildə keçiriləcək parlament seçkilərində reytinqini artırmağa çalışır. Bu səbəbdən, Paşinyan Rusiyanın Zəngəzur dəhlizindən dəmir yolu ilə yalnız yükdaşımalar məqsədilə istifadə edə biləcəyinə işarə edir. Yəni Rusiya Azərbaycan üzrindən Ermənistana və əks istiqamətdə nəqliyyat-ticarət əlaqələri saxlaya bilər. Paşinyan Zəngəzur dəhlizinin təhlükəsilizyini Rusiyanın deyil, müqavilə üzrə yolu inşa edən tərəfin, yəni ABŞ-nin həyata keçirməli olduğunu vurğlayır. Müşfiq Abdulla Geri qayıt |