Əsas Səhifə > Ana xəbər / Güney Press > Saxlanılan icra başçısı İslam Rzayev kimdir?
Saxlanılan icra başçısı İslam Rzayev kimdir?30-10-2025, 11:45 |
|
Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat keçirilib. Əldə olunan ilkin məlumata görə, əməliyyat korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılıb. İslam Rzayev kimdir?İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami və Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, həmçinin "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini olub. İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, 3 övladı var. Musavat.com Geri qayıt |