Əsas Səhifə > Ana xəbər / Güney Press > Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir: Başçı saxlanılıb

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir: Başçı saxlanılıb


30-10-2025, 11:39

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

"DİA-AZ"n məlumatına görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilir.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Qeyd edək ki, İslam Rzayev 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısıdır.


Geri qayıt