Əsas Səhifə > Ana xəbər / Güney Press > Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxıb
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxıb22-10-2025, 14:15 |
|
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə işdən çıxıb. "Report" xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, G.Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib. Geri qayıt |