Əsas Səhifə > Ana xəbər / Güney Press > “PashaPay”in İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb
“PashaPay”in İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb6-10-2025, 11:50 |
|
“MilliÖn” və “m10” əmtəə nişanları ilə bazarda fəaliyyətdə olan “PashaPay” MMC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb. Banker.az xəbər verir ki, İdarə Heyətindən ayrılan Eqor Petrovdur. E.Petrov 2024-cü ilin dekabrında “PashaPay” MMC-nin İdarə Heyətinə üzv seçilmişdi. Hazırda ödəniş təşkilatına Samir Məmmədov sədrlik edir. Xatırladaq ki, “PashaPay” MMC 2005-ci ildə yaradılıb və hazırda 40.02 milyon manat nizamnamə kapitalı var. Şirkət cari ildə elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya əldə edib. Geri qayıt |