Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Cüdo Federasiyasında idmançı və valideyn məhkəməyə verildi!
Azərbaycan Cüdo Federasiyasında idmançı və valideyn məhkəməyə verildi!29-09-2025, 07:09 |
|
Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi idmançı və valideynini məhkəməyə verib. İki idmançı arasında baş verən mübahisənin məhkəmə zalında həll edilməsi Azərbaycan Cüdo Federasiyası üçün böyük biabırçılıqdı. Təsəvvür edin məsələ məşq zalında yox, məhkəmə zalında həll olunur.
Bu addım isə idman ictimaiyyətində sual doğurub: Federasiya idman qurumudur, yoxsa Nazirlik? İdmanda qalmaqallar adi haldır – məşqçi ilə idmançı arasında mübahisə yarana, sonra da unudula bilər. Amma federasiya rəhbərliyinin öz idmançısını məhkəməyə verməsi presedenti yoxdur. İndi əsas suallar budur: Mütəxəssislərin fikrincə, federasiyanın bu addımı onun idarəçilik böhranı və struktur iflasıdır. İdmandan kənar şəxslərin hüquqşünas məsləhətləri ilə verilən qərarlar federasiyanı nazirliyə çevirməyə başlayıb. Ən diqqətçəkən məqam isə budur: Azərbaycan cüdosunun dünya və Olimpiya medalları indiki federasiyanın işi deyil. O medalları bu gün "uğur hekayəsi" kimi təqdim etdikləri idmançıları tamamilə başqa məşqçilər yetişdirib. Hazırkı rəhbərlik isə sadəcə onları dəstəkləyib və paralel olaraq digər idmançıları zəif yarışlara göndərməklə "statistika" qabardıb. Nəticə? Son 15 ilin ən zəif kollektiv göstəriciləri. Azərbaycan Cüdo Federasiyası inkişaf yolundadır, yoxsa tənəzzülə yuvarlanır? Geri qayıt |