Tələbə BDU-da məcburi mantiya satışına etiraz edir .....                     Azovda hücuma məruz qalan gəmidən daha 2 Azərbaycan vətəndaşının nəşi tapılıb .....                     "Kapital Bank" müştəriləri rəsmən QARƏT EDİR... .....                     “Kupça”sız evlərlə bağlı pis xəbər .....                     Şərurun sabiq hərbi komissarının işi Ali Məhkəmədə .....                     Naxçıvan sakinləri SƏFİL GÜNÜNDƏ... .....                     “Rusiyanı rüsvay elədilər, Putin Köçəryan və Karapetyanı cəzalandıracaq” .....                     Azərbaycan nərə balığını Türkmənistana 1,3 manata satır .....                     Mənimsəməyə görə tutulan sabiq xidmət rəisi .....                     Söküləcək kiçik mənzillərə görə ədalətli kompensasiya veriləcəkmi? .....                     Gənc alimlər iş tapa bilmir, 90 yaşlı professorlar isə... .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs .....                     Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbəri barəsində hökm dəyişdirilib .....                     “Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır .....                     "Prezident Administrasiyası mediaya Ermənistandakı son seçkilərdə pozuntuları vurğulamağı "tövsiyə edib"...” .....                     Zelenskidən Bakı və İrəvanla bağlı .....                     Sevgilisini yatdığı yerdə bıçaqlayan gənc qız .....                     Bakıda bu bina uça bilər, ADPU rektoru maraqlanmır .....                     Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir .....                     Rubio Paşinyanı .....                     Paşinyanın partiyası parlamentdə konstitusion çoxluğu təmin edir .....                     Rusiya Paşinyanın qələbəsini tanımasa, nə baş verəcək? .....                     Paşinyanın “B planı” hazırdır .....                     Bərdədə ağır qəza: Hərbçi həlak oldu .....                     Tramp İranla müharibəni dayandıra bilmir .....                     Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var .....                     Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi .....                     Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötdü .....                     Əfqan Sadıqov həbs edilib .....                     Bodrum sularında 150 milyonluq “üzən saray” BELƏ GÖRÜNTÜLƏNDİ .....                     Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib .....                     Qusarda yol tikintisinə 1 milyon xərclənəcək... .....                     "Axır ki, evimin sənədlərini düzəltdirdim..." .....                     Şahin Bağırovun kantoru ilə bağlı NARAZILIQ... .....                     Tramp Ədliyyə Nazirliyinin rəhbəri postuna Todd Blanşı namizəd göstərib .....                     Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? .....                     TƏBİB şefi olmaq istəyən deputatla bağlı ilginc iddialar... .....                     "İmkanım olsaydı, Paşinyanı təbrik edərdim" .....                 

Gənc alimlər iş tapa bilmir, 90 yaşlı professorlar isə... - Universitetlərdə yaş həddi olmalıdır?
Tarix: Bu gün, 10:34 | Çap et

Azərbaycanda pensiya yaşı 65 olaraq müəyyən edilsə də, ali təhsil müəssisələrində yaşı 80-i, hətta bəzi hallarda 90-ı keçmiş müəllimlərə də rast gəlinir. Uzun illər elm və təhsilə xidmət göstərən bu şəxslərin təcrübəsi danılmaz olsa da, onların yaş məsələsi müzakirələrə səbəb olur. Çünki istər-istəməz yaşın artması ilə əmək qabiliyyətində müəyyən geriləmələr müşahidə olunur.

Bir çox tələbə və gənc müəllim arasında bəzi yaşlı pedaqoqların müasir tədris metodlarından istifadə etməkdə çətinlik çəkdiyi, bu səbəbdən də dərslərin keyfiyyəti və səmərəliliyi ilə bağlı narazılıqların yarandığı barədə fikirlər səsləndirilir. Ali təhsil müəssisələrində kadrların yenilənməsi və yaşlı müəllimlərin tədricən gənc elmi-pedaqoji kadrlarla əvəz olunmasının vacibliyi vurğulanır. Hazırda bir çox gənc müəllim, doktorant və fəlsəfə doktoru elmi fəaliyyətlə məşğul olsa da, tam ştatla işləmək və ya kifayət qədər dərs yükü əldə etməkdə çətinlik çəkir. Onların bir hissəsi yalnız saat hesabı dərs deməklə kifayətlənir, bəziləri isə ümumiyyətlə universitetlərdə daimi iş tapa bilmir.

Mövcud vəziyyət fonunda bir neçə bir sual yaranır: Ali təhsil müəssisələrində müəllimlər üçün yaş həddi tətbiq edilməlidirmi? Yaşı 80-i keçmiş müəllimlərin universitetlərdə fəaliyyətini davam etdirməsi tədrisin keyfiyyətinə və gənc elmi-pedaqoji kadrların məşğulluq imkanlarına necə təsir göstərir?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Azərbaycanın bir çox ali təhsil müəssisələrində müəllim və professor heyətinin əhəmiyyətli hissəsini yaşlı nəslin nümayəndələri təşkil edir:

“Hazırda universitetlərdə 65 yaşdan 80-90 yaşadək, hətta daha yuxarı yaşda olan müəllim və professorların fəaliyyət göstərdiyini görürük. Bu vəziyyət təkcə Azərbaycana xas deyil. Dünyanın bir çox ölkələrində də yaşlı və təcrübəli alimlər universitetlərdə çalışır və onların biliklərindən, elmi təcrübəsindən faydalanılır. Əsas məsələ həmin şəxslərin müasir təhsil mühitinə, yeni çağırışlara, rəqəmsal texnologiyalara və müasir tədris metodlarına nə dərəcədə uyğunlaşa bilmələridir. Təəssüf ki, bəzi hallarda bu istiqamətdə müəyyən çətinliklər müşahidə olunur və nəticələr hər zaman qənaətbəxş olmur. Əgər biz bu insanların zəngin təcrübəsindən yararlanmaq istəyiriksə, onlar üçün mütəmadi olaraq təkmilləşdirmə və ixtisasartırma proqramları təşkil edilməlidir. Bu proqramlar vasitəsilə onların həm rəqəmsal bacarıqları inkişaf etdirilməli, həm də müasir tədris metodologiyaları ilə bağlı bilikləri artırılmalıdır”.

Elçin Əfəndinin sözlərinə görə, müasir tələblərə uyğunlaşa bilməyən müəllimlərlə əmək münasibətlərinə xitam verilə bilər:

“Müəyyən səbəblərdən müasir tələblərə uyğunlaşa bilməyən şəxslərlə qarşılıqlı anlaşma və hörmət çərçivəsində əmək münasibətlərinə xitam verilməsi də nəzərdən keçirilə bilər. Bu zaman onların uzun illər ərzində qazandıqları təcrübəyə və əməyə hörmətlə yanaşmaq vacibdir. Eyni zamanda universitetlərdə gənc kadrların sayının artırılması prioritet olmalıdır. Bunun üçün isə gənc müəllim və tədqiqatçıların əməkhaqlarının artırılması, onlar üçün daha cəlbedici iş şəraitinin yaradılması mühüm əhəmiyyət daşıyır”.

Ekspertin fikrincə, universitetlər gənc elmi-pedaqoji kadrların tədris prosesinə cəlb olunmasında özləri maraqlı olmalıdırlar:

“Hesab edirəm ki, ali təhsil müəssisələri gənc kadrların tədris prosesinə cəlb olunmasında özləri maraqlı olmalıdırlar. Çünki bu, həm təhsildə yeniliklərin tətbiqinə, həm də tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, yaşlı professor və müəllimlərin təcrübəsindən də imtina etmək düzgün olmazdı. Onlar akademik məsləhətçi, mentor, elmi rəhbər və ya ekspert qismində fəaliyyətlərini davam etdirə bilərlər. Beləliklə, həm gənclərin enerjisi və yenilikçi yanaşmaları, həm də yaşlı nəslin zəngin təcrübəsi ali təhsilin inkişafına xidmət etmiş olar. Məncə, tədris prosesinin əsas yükünün gənc kadrlara həvalə olunması, təcrübəli müəllimlərin isə daha çox elmi və məsləhətçi fəaliyyətə yönləndirilməsi daha məntiqli və məqsədəuyğun yanaşmadır”.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Səbuhi Rızazadənin də mövqeyini öyrəndik. O bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olan şəxslər üçün vahid yaş həddi müəyyən edilməyib:

“Müəllimlərin və elmi işçilərin fəaliyyəti onların peşəkar kompetensiyaları, elmi-pedaqoji göstəriciləri, sağlamlıq vəziyyəti və tutduqları vəzifələr üzrə müəyyən edilmiş tələblərə uyğunluğu əsasında qiymətləndirilir.

Elm və təhsil sahəsində uzun illər fəaliyyət göstərmiş professor-müəllim heyətinin bilik və təcrübəsi ali təhsil sisteminin mühüm resurslarından biridir. Bu baxımdan yaş amili özlüyündə peşə fəaliyyətinin davam etdirilməsi üçün məhdudlaşdırıcı meyar kimi qəbul edilmir”.

S.Rızazadənin sözlərinə görə, ali təhsil müəssisələrində kadr potensialının yenilənməsi və gənc elmi-pedaqoji kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:

“Bu məqsədlə doktorantura və dissertantura proqramlarının genişləndirilməsi, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, beynəlxalq təcrübə və mübadilə proqramlarının təşviqi, eləcə də universitetlərdə şəffaf və rəqabətədavamlı işə qəbul mexanizmlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tələbə BDU-da məcburi mantiya satışına etiraz edir - "Qıraqdan alıb, geyinib gələnləri..."
Bu gün, 11:35
Azovda hücuma məruz qalan gəmidən daha 2 Azərbaycan vətəndaşının nəşi tapılıb - RƏSMİ
Bu gün, 11:13
"Kapital Bank" müştəriləri rəsmən QARƏT EDİR... - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 11:12
“Kupça”sız evlərlə bağlı pis xəbər – Ciddi problem yarandı
Bu gün, 11:00
Şərurun sabiq hərbi komissarının işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:58
Naxçıvan sakinləri SƏFİL GÜNÜNDƏ... - ACI REALLIQ...
Bu gün, 10:54
“Rusiyanı rüsvay elədilər, Putin Köçəryan və Karapetyanı cəzalandıracaq” - Azat Arşakyan
Bu gün, 10:51
Azərbaycan nərə balığını Türkmənistana 1,3 manata satır - SİYAHI
Bu gün, 10:47
Mənimsəməyə görə tutulan sabiq xidmət rəisi yenidən kassasiya şikayəti verdi
Bu gün, 10:37
Söküləcək kiçik mənzillərə görə ədalətli kompensasiya veriləcəkmi? - ŞƏRH
Bu gün, 10:36
Gənc alimlər iş tapa bilmir, 90 yaşlı professorlar isə... - Universitetlərdə yaş həddi olmalıdır?
Bu gün, 10:34
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
Bu gün, 10:30
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs qərardan şikayətçidir
Bu gün, 10:29
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbəri barəsində hökm dəyişdirilib - TƏFƏRRÜAT
Bu gün, 10:27
“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
"Prezident Administrasiyası mediaya Ermənistandakı son seçkilərdə pozuntuları vurğulamağı "tövsiyə edib"...” - “MEDUZA”
Bu gün, 10:10
Zelenskidən Bakı və İrəvanla bağlı AÇIQLAMA
Bu gün, 10:07
Sevgilisini yatdığı yerdə bıçaqlayan gənc qız cəzasının azaldılmasını istəyir
Bu gün, 10:06
Bakıda bu bina uça bilər, ADPU rektoru maraqlanmır – Foto
Bu gün, 10:04
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
Bu gün, 10:01
Rubio Paşinyanı TƏBRİK ETDİ
Bu gün, 10:00
Paşinyanın partiyası parlamentdə konstitusion çoxluğu təmin edir - “Hraparak”
Bu gün, 09:58
Rusiya Paşinyanın qələbəsini tanımasa, nə baş verəcək? -AKTUAL
Bu gün, 09:57
Paşinyanın “B planı” hazırdır – Hər iki rəqibi belə “yox” edə bilər
Bu gün, 09:55
Bərdədə ağır qəza: Hərbçi həlak oldu - TƏFƏRRÜAT
Bu gün, 09:53
Tramp İranla müharibəni dayandıra bilmir - “Foreign Policy”
Bu gün, 09:49
Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var - Kobaxidze
Bu gün, 09:47
Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 09:45
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü
Bu gün, 09:41
Əfqan Sadıqov həbs edilib - AÇIQLAMA
Bu gün, 09:23
Bodrum sularında 150 milyonluq “üzən saray” BELƏ GÖRÜNTÜLƏNDİ - FOTOLAR
Bu gün, 09:17
Bakı-Supsa neft kəməri SOCAR-ın operatorluğuna keçib
Bu gün, 09:05
Qusarda yol tikintisinə 1 milyon xərclənəcək... - DETALLAR
Bu gün, 08:01
"Axır ki, evimin sənədlərini düzəltdirdim..."
Bu gün, 07:58
Şahin Bağırovun kantoru ilə bağlı NARAZILIQ... - Necə əlaqə saxlayaq ki. .
Bu gün, 07:28
Tramp Ədliyyə Nazirliyinin rəhbəri postuna Todd Blanşı namizəd göstərib - “The New York Times”
Bu gün, 07:15
Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – TƏBİB araşdırmalıdır
Bu gün, 07:14
TƏBİB şefi olmaq istəyən deputatla bağlı ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 07:06
"İmkanım olsaydı, Paşinyanı təbrik edərdim" - Sərdar Cəlaloğlu
Bu gün, 06:57
Məktəblərdə "LinkedIn" niyə bloklanıb? - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:55
"Baker Energy Services" QSC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:44
ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə nail olacaq - Vens
Bu gün, 06:29
Paşinyan hakimiyyətdə qaldı, AMMA... - GƏLİŞMƏ
Bu gün, 05:53
Biz səsimizi necə veririk... - ARAŞDIRMA
Bu gün, 05:43
Tokayev Paşinyana jest etdi və... - ORTAYA FƏRQ QOYDU...
Bu gün, 05:14
1500 manat xərclə, axırı da belə... - AXI NİYƏ?..
Bu gün, 05:09
AAYDA-da rəhbər dəyişib, BAŞ YOX! - BU DA FAKT...
Bu gün, 04:50
Adamı heç YÜK YERİNƏ də qoymurlar - GİLEY
Bu gün, 04:41
Dini posterlər ilə biznes quranların yalanları - İFŞA
Bu gün, 04:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru