Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                 

Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə - FAKT BUDUR
Tarix: 29-10-2025, 10:19 | Çap et

PA-nın sabiq rəhbərinin “haqqını vermək lazımdır”, bu müddətdə sosial şəbəkələrdə və internet-mediada reytinq liderliyi birbaşa onun “xidmətidir”, çünki...

Mehdiyev mövzusu ikinci həftədir ki, oxucu reytinqinə görə zirvədədir, üstəlik bu yerini hələ müəyyən müddət saxlaya da bilər. Əsasən, qeyri-rəsmi mənbələrə istinad edilərək tirajlanan mövzuya hədsiz maraq səbəbsiz deyil.

Əlbəttə, şübhə yoxdur ki, 2019-cu ildən hakimiyyət olimpini tərk etmiş, Milli Elmlər Akademiyasında üç illik rəhbərlikdən sonra (2022-ci ildə) isə istefaya məcbur edilmiş, son aylar adı yalnız ara-sıra xəbər başlıqlarına çıxan 87 yaşlı akademik haqda yazılanlara yüksək diqqətin səbəbi nə?

Sorğu keçirib bu mövzunu reytinq zirvəsində saxlayan sosial təbəqəni müəyyənləşdirmək maraqlı araşdırma olardı. Gənc, yəni son illərin dəbdə olan ifafəsi ilə desək “Z nəsli”nin Mehdiyevin ətrafında cərəyan edənlərə xüsusi diqqəti inandırıcı deyil. Məhəmməd Əmini belə tanımayanların(az olsa da, belələri də var) Mehdiyev haqda yazılara niyə maraq göstərsin ki? Zənnimicə, Azərbaycanın ən müasir tarixində dövlətçilik baxımından yaddaşlarda qalası xidməti, siyasətçi kimi nəinki parlaq, hətta tam aşkar belə fəaliyyəti olmayan Mehdiyev o oxucu kütləsinə maraqlıdır ki, onun siyasətdə mərkəzi fiqur olduğu dövrü yaşayıblar.

“O dövr” Mehdiyev haqda gerçəklər çox az yazılıb, onun personası “boz kardinal” şifrəsi altında toxunulmaz olub. İndi yazılanların bir çoxu da qeyri-rəsmi mənbələrə əsaslandığı üçün gerçək olmaya da bilər, amma dövlət əleyhinə fəaliyyətinə görə barəsində 4 aylıq ev dustaqlığı qərarı yaxın çevrəsi olan kürəkəni tərəfindən rəsmən təkzib edilməyib. Rəsmi olmayan xəbərlər isə oxucu üçün daha cəlbedicidir.

Mehdiyevin “haqqını da vermək lazımdır”, bu müddətdə sosial şəbəkələrdə və internet-mediada reytinq liderliyi birbaşa onun “xidmətidir”. Çünki Mehdiyev olduğu yerdə özünü ən vacib, lazımlı, hətta vazkeçilməz, əvəzedilməz məmur kimi təsdiqlədib.

Diqqət edin: Prezident Administrasiyasının rəhbərinin səlahiyyətlərində Mehdiyevdən sonra da heç bir ciddi dəyişikıik olmayıb, dövlətin əsas icraedici aparatı əvvəlkindən daha çevik işləyir, hər gün hansısa toplantılar olur, qərarlar verilir, yəni dövlət strukturu öz işini görürür. Amma çox da uzaq olmayan keçmişdə Mehdiyevin məsələn, birbaşa kurasiya etdiyi icra başçılar və ya dövlətə məxsus media strukturları rəhbərləri ilə ənənəvi görüşləri ətrafında sanki bir gərginlik və ajiotaj yaradılırdı. Bəstəboy Mehdiyev xüsusilə seçki ərəfələrdində ölkənin hər yerində “boy göstərə” bilirdi. Bələdiyyə seçkiləri keçiriləcək-Mehdiyevin kölgəsi orada. Müxalifət aksiyalara başlayır- Mehdiyevin adı yenə öndədir, çünki “o həll edəcək”. Necə oldu ki, Mehdiyev “o zirvədən” yıxıldı?

Sovet Azərbaycanında ideoloji katibi olan Ramiz Ənvəroviçin kadrları haqda isə yazmaqla bitməz. Elə təəssürat yaranır ki, sanki Mehdiyev bir adam deyil, özü “akademiya”, “partşkola” olub, ölkənin hər tərəfinə də öz kadrlarını yerləşdirib. Zamanında “Mehdiyevin kadrıyam” ifadəsini az məmur dilə gətirərdi, çünki bu təkcə bağlı qapılar açan sirli ifadə deyildi, həm də böyük “məsuliyyət” idi. Mehdiyevin FETÖ kimi, yəni sızma kadrları ilə “dövlət içində dövlət” olduğunu deyənlər yanılırlar, Mehdiyev heç vaxt dövlətçi olmadığı kimi, “dövlət içi”də deyildi, çünki əvvəl Heydər Əliyev, sonra isə İlham Əliyev “səddi” keçə biməzdi. Mehdiyev Rusiyanın Azərbaycanda “at oynatdığı” zaman, məsələn, elə Mütəlibov və ya Elçibəy dövründə də Kremlə bağlı olub, amma hakimiyyətə iddia etməyib, Moskva da onu birinciliyində maraqlı olmayıb. İndi onun Kremlə Azərbaycanda yeni hakimiyyət modeli haqda yazdığı iddia edilən məktubuna şəxsən mən tarixin pəncərisindən baxmağa tərəfdaram.

Mehdiyev Dövlət Şurası yaratmaq təklifində ən azı 30 il gecikib, belə “pozdneqo zajiqaniya”ya Rusiya üçün iddia edildiyi kimi təkcə zəhlətökən kimi deyil, həm də ağılsızca addım kimi qiymətləndirilə bilərdi. Məgər Azərbaycan əşirət ölkəsidirmi ki, bütün böyük tayfaların maraqlarını təmini üçün 50 nəfərdən ibarət dövlət idarəçiliyi yaradılsın. Bu məktubda Mehdiyevin kifsəlmiş və korşalmış zehniyyəti hiss edilir, amma bu onun öz yaradıcılıq məhsulu olmaya da bilər. Mehdiyev məsələn, ambisiyalı keçmiş məmur deyil, gerçək bir ziyalı,elm adamı olsaydı onun bu məktubunu “istəkdən doğan mərəz(məsələn, beyin qocalması)” kimi izah etmək, heç ictimailəşdirməmək olardı. Amma altında şəxsi imzası olmasa da, adı və soyadı, sonuncu iş yerinin ünvanı var. Mehdiyev indiyədək belə yüzlərlə yazışmalar edib, həm də qeyri-rəsmi xətlə. “Bilici quş dimdiyindən tora ilişər” deyiblər…

O da naraqlıdır ki, görəsən, bu mövzu nə vaxt və necə yekunlaşacaq?

Nazim SABİROĞLU,
Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru