İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                 

Elm və Təhsil Nazirliyinin şübhəli akademiya ilə əməkdaşlığı - 24.900 dollara alınan fəxri adlar
Tarix: 28-10-2025, 11:52 | Çap et

2025-ci ilin oktyabrın 23-də Azərbaycan Tibb Universitetinin professoru Vagif Qələndərov “Avropa Təbiət Elmləri Akademiyası”-nın ali ordeninə layiq görülüb...

Akademiya professoru “Avropada ilin elm adamı” seçib, “Ali şərəf və Ləyaqət” ordeni ilə təltif edib.

Bu barədə Azərbaycan Tibb Universitetinin rəsmi saytında dərc edilən xəbərdə məlumat verilib.

Təsdbirdən yayımlanan fotoşəkillərdən məlum olur ki, mükafatın təqdimetmə mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Bəs adı çəkilən akademiya elm ictimaiyyəti tərəfindən tanınırmı?

Onun elmi fəaliyyəti nədən ibarətdir?

Adı çəkilən “Avropa Təbiət Elmləri Akademiyası”nın rəsmi və tanınmış elmi qurum olması barədə etibarlı mənbələrdə məlumat yoxdur.

Təşkilatın prezidenti, ixtisasca geoloq olan Vladimir Tirminski 1938-ci ildə Rusiyada anadan olub, ali təhsilini də orada alıb. O, 1997-ci ildə professor adını qazanıb, 2002-ci ildə isə Almaniyanın Hannover şəhərində “Avropa Təbiət Elmləri Akademiyası” adlı təşkilatı qeydiyyatdan keçirib.

Araşdırmalar göstərib ki, “Avropa Təbiət Elmləri Akademiyası” ötən il Çində qalmaqala səbəb olub.

“South China Monitoring Post” qəzetinin məlumatına görə, 2024-cü ilin aprelində Pekində Akademiya tərəfindən altı çinli alimə mükafat və fəxri adların təqdim edildiyi mərasim keçirilib.

Lakin tədbirdən dərhal sonra Akademiyanın fəaliyyətini və etibarlılığını şübhə altına alan məqamlar ortaya çıxıb.

Qəzetin yazdığına görə, akademiya ilə əməkdaşlıq elmi nailiyyətdən daha çox işgüzar sövdələşmə xarakteri daşıyır.

Belə ki, Akademiyaya üzv olmaq üçün hər hansı elmi kəşf və ya tədqiqat deyil, müəyyən məbləğdə ödəniş etmək kifayət edir.

Hətta araşdırma nəticəsində müəyyən olunub ki, adı çəkilən akademiyaya üzvlük üçün müraciətlərin məbləği 24.900 ABŞ dollarıdır. Bu səbəbdən Akademiyanın mükafatlandırdığı şəxslər arasında elm adamları ilə yanaşı, elmi fəaliyyətlə əlaqəsi olmayan biznes nümayəndələri də yer alır.

“The Paper” qəzeti tərəfindən aparılmış bir digər araşdırmaya görə isə, Akademiya 2024-cü ildə 34 yaşlı çinli alimə “akademik” fəxri adı verib və onu “dünyanın ən gənc akademiki” elan edib. Bu məqam Akademiyanın nüfuzu və seçim meyarları ilə bağlı müzakirələri daha da gücləndirib.

Bu hadisə təşkilatın nüfuzu və üzvlük meyarlarının şəffaflığı ilə bağlı sualları daha da gücləndirib.

Müzakirələrin fonunda 2024-cü il mayın 8-də Çin Elm və Texnologiya Assosiasiyası rəsmi saytında “Avropa Təbiət Elmləri Akademiyası” ilə bağlı mövqeyini açıqlayıb.

Avropa Təbiət Elmləri Akademiyası üzvlərinin sayının artması nəyi göstərir?” başlıqlı məqalədə qeyd olunub ki, sözügedən qurum “beynəlxalq nüfuzlu elmi akademiya” deyil, Almaniyada qeydiyyatdan keçmiş adi özəl təşkilatdır.

Assosiasiya təhsil müəssisələrini və elmi qurumları saxta universitetlərə və ödənişli mükafatlara dəstək verməməyə, bu kimi spekulyativ təşəbbüslərdən uzaq durmağa çağırıb.

Akademiyanın fəaliyyətində bir sıra digər şübhəli məqamlar da diqqət çəkir. Çinli tədqiqatçıların araşdırmalarına görə, təşkilatın rəsmi qeydiyyat ünvanı kimi göstərilən Hannoverdəki ofis uzun müddətdir fəaliyyət göstərmir və bağlı vəziyyətdədir.

Araşdırmalar nəticəsində o da məlum olub ki, akademiya üzvlük sistemi ilə fəaliyyət göstərir və illik üzvlük haqqını ödəməyənlərin adlarını rəsmi saytından silir. Beləliklə, elm adamları təkcə Akademiyaya üzv olmaq üçün deyil, üzvlüyü qoruyub saxlamaq üçün də mütəmadi ödəniş etməyə məcbur olurlar.

Eyni zamanda, akademiya 2016-cı ildən etibarən “Archiv EuroMedica” adlı jurnal nəşr edir. Lakin bu jurnal bir müddət əvvəl nüfuzlu beynəlxalq elmi indeksasiya sistemi olan “Web of Science” bazasından çıxarılıb.

Bundan başqa, akademiyanın rəsmi veb-saytındakı məlumatlara əsasən, təşkilat əsasən Azərbaycan, Qazaxıstan, Şimali Qafqaz və Ukrayna kimi ölkələrlə əməkdaşlıq edir.

Bu amillər akademiyanın elmi etibarlılığını, beynəlxalq nüfuzunu və seçim meyarlarını şübhə altına almaq üçün ciddi əsaslar yaradır.

Yerli mətbuatda “Avropa Təbiət Elmləri Akademiyası” ilə əməkdaşlıq edən, bu qurumdan mükafatlar və fəxri adlar alan çoxsaylı azərbaycanlı alimlərin adlarına rast gəlmək mümkündür.

Mediada yayımlanan xəbərlərə görə, Akademiya 2015-ci ildə AMEA-nın şöbə müdiri, professor Nəriman İsmayılova fəxri diplom və “Vladimir Vernadski adına medal”, 2016-cı ildə AMEA-nın əməkdaşı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Sabir Tağıyevə “Taclı ulduz ordeni” kimi mükafatlar verib.

Azərbaycan Rəssamlar İttifaqınun üzvü Nəcməddin Hüseynov, AMEA İşlər idarəsinin müdiri, professor Elton Məmmədov və jurnalist Tofiq Yusifov isə son illərdə bu akademiyanın həqiqi üzvü seçiliblər.

Akademiyanın Azərbaycandan olan üzvləri arasında Milli Məclisin deputatı Səttar Möhbalıyev, AMEA müşaviri Yaqub Mahmudov, keçmiş Ombudsman Elmira Süleymanova və Ağsaqqallar Şurasının sədri Eldar Quliyev kimi şəxslərin də adları yer alır.

Akademiya, həmçinin, azərbaycanlı alim və müəllifləri nüfuzlu “Nobel” mükafatına namizəd kimi irəli sürdüyünü iddia edir.

Çin mətbuatı qeyd edir ki, bir çox insan “Avropa Təbiət Elmləri Akademiyası”nı ad oxşarlığı səbəbindən “Avropa Elmlər Akademiyası” kimi tanınmış və rəsmi elmi qurumlarla səhv salır.

Bu qarışıqlıq nəticəsində bəzi elm adamları ödəniş müqabilində elmi adlar və fəxri üzvlüklər alma prosesində iştirak edirlər.

Halbuki bu cür əlaqələr və təltiflər ölkələrin müvafiq elmi və təhsil qurumları tərəfindən ciddi şəkildə araşdırılmalı, yalnız etibarlılığı təsdiqləndikdən sonra əməkdaşlıq edilməlidir.

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün onları imtahanlara cəlb edir. Bununla belə, nazirlik xaricdə fəaliyyət göstərən akademiyaların və onlardan verilən mükafatların elmi əsaslılığını və etibarlılığını araşdırmır.

Toplum TV











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru