İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                 

Biz artıq hər şeyi sübut etmişik: həm işğalçılara, həm dünyaya, həm də, ən əsası, özümüzəO - BUNDAN SONRA...
Tarix: 28-10-2025, 06:32 | Çap et

Ermənistan və Azərbaycanın rəhbərləri arasında sülh gündəliyinin tədricən, addım-addım öz formasını və məzmununu almağa başladığı bu günlərdə hər iki ölkədə cəmiyyətin müəyyən bir hissəsi ya ironiya ilə, ya da ağzı köpüklənə-köpüklənə, qəzəbli-hiddətli şəkildə bu səyləri boşa çıxarmağa çalışır, sülh təşəbbüslərinin tezliklə və açıq şəkildə uğursuz olacağını proqnozlaşdırır. Onlar qürur hissi ilə oynayır, tarixi təxəyyüllərə müraciət edir, xəyanətdə ittiham edir, sülh tərəfdarlarını müharibədə ölən gənclərin yaxınları ilə üz-üzə qoymağa çalışırlar və s. Mən bu məqalədə Ermənistandakı revanş tərəfdarları barədə danışmayacağam – başqasının gözündə çöp (hətta o çöp çox böyük olsa belə) axtarmağa çalışmayacağam. Gəlin özümüzün “ura-patriotlarımız” barədə danışaq…

Birinci Dünya müharibəsindən sonra qalib gəlmiş İngiltərə və Fransa Almaniyanı daha da zəiflətməyə və alçaltmağa çalışarkən, ən praqmatik düşüncəli insanlar onları bu addımdan çəkindirməyə cəhd edirdilər. Onların arasında məşhur iqtisadçı Con Keyns də var idi. O deyirdi ki, Almaniyanı müharibə aparmaq üçün resurslarını bərpa etməsinə imkan verməmək məqsədilə tamamilə zəiflətmək cəhdi əks nəticə verəcək – revanşizmin artmasına və daha da silahlanmaq istəyinə gətirib çıxaracaq. Lakin müstəmləkələrin bölüşdürülməsi hərisliyi və qələbə eyforiyası qalib ölkələrin bu xəbərdarlıqlara qulaq asmasına imkan vermədi. Nəticədə bəşəriyyət daha uzunmüddətli və daha qanlı İkinci Dünya müharibəsi ilə üz-üzə qaldı.

Bir şeyi anlamaq lazımdır: istənilən beynəlxalq danışıqlar – “mümkün olanı əldə etmək sənəti”dir. Onların nəticəsini “sıfır” prinsipinə əsaslanaraq qiymətləndirmək olmaz: kiminsə qələbəsi o demək deyil ki, qarşı tərəf tam məğlub olub. Çünki burada iki nəfərin duelindən deyil, bütöv xalqların, cəmiyyətlərin taleyinə təsir edən prosesdən söhbət gedir. Buna görə də, danışıqlar zamanı bütün tərəflərin öz ləyaqət hissini qoruyub saxlamasına imkan yaratmaq vacibdir.

Mən tez-tez Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı divanda oturaraq kinayə ilə danışan vətənpərvərlərlə rastlaşıram. Onların bütün arqumentlərə qarşı əvvəlcədən hazırlanmış şüarları və ya gizlində atmağa hazır daşları olur. “Erməniləri düzəltmək mümkün deyil!”, “Bəs Paşinyanın nəyi onlardan yaxşıdır?!”, “Sülhdən şəhid anasına danış!” və s. Ardınca isə hücuma keçirlər: “Yenə nəsə olsa, onlara göstərərik!”, “Biz, Qafqazın sahibinin kim olduğunu onlara sübut edəcəyik!”, “Lazım gəlsə, yenidən müharibəyə başlayıb, İrəvanı alarıq” və s. Mən bu cür ifadələrdə rus ura-patriotların İkinci Dünya müharibəsinə işarə edərək bütün dünyanı hədələdikləri “Təkrarlaya bilərik!” şüarının dəhşətli əks-sədasını eşidirəm. Onlar artıq neçə ildir bu şüar altında həm ukraynalıları, həm də öz xalqlarını qan gölündə boğurlar.

Biz artıq HƏR ŞEYİ SÜBUT ETMİŞİK: həm erməni millətçilərinə və işğalçılara, həm də ikili və üçlü standartlarla davranan beynəlxalq ictimaiyyətə, həm də, ən əsası, özümüzə. Biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizin, demək olar, hamısını geri qaytarmışıq, öz ləyaqət hissimizi və suverenliyimizi bərpa etmişik. Mən heç bir pafos olmadan bununla qürur duyuram və həmişə də qürur duyacağam. Amma eyni zamanda, bu mərhələdə ilişib qalmaq olmaz, irəli getmək lazımdır. “Təkrarlaya bilərik” şüarına ehtiyac yoxdur. Qan tökülməsi, təcrid, minlərlə insan itkisi və on minlərlə əlil heç kimə lazım deyil. Əminəm ki, yeni müharibə arzulayanların əksəriyyəti əvvəlki müharibədə də iştirak etməyib və indi də yaxınlarını döyüşə göndərmək fikrində deyil. Onlar sonuncu dəfə şəhid ailələrinə nə vaxt real olaraq kömək ediblər, əlil olmuş veteranlarla maraqlanıblar?!

Artıq təxminən beş ildir ki, davamlı olaraq hər 1,5-2 aydan bir Qarabağ müharibəsi şəhidinin ailəsini ziyarət edirəm – bu şəhid mən rəhbərliyində təmsil olunduğum fakültənin tələbəsi idi. Onun şəhadətə ucalmasından sonra xəstəliklərlə mübarizə aparan tənha anası və müəyyən xəstəliklər səbəbindən eşitmə qabiliyyətini itirən və əqli inkişaf cəhətdən həmyaşıdlarından geri qalan 11 yaşlı qardaşı qalıb. Demək olar ki, bu ailənin nəsli kəsilib. Ananın tunelin sonunda gördüyü işıq, yəni ağıllı, mədəni, zəhmətkeş, təhsil alıb eyni zamanda restoranda işləyən oğlunun ona və kiçik qardaşına kömək etmək arzusu artıq reallaşmayıb və heç vaxt da reallaşmayacaq. O, həyatının mənasını itirib – belə bir qadına hansı sözlərlə təsəlli vermək olar?! Ona necə kömək etmək, yaşamağa davam etməsinə, gündəlik çətinlikləri və sonsuz kədəri ilə mübarizə aparmasına necə yardım etmək olar?! Hər dəfə özünü günahkar hiss edirsən – ağlın dərk edir ki, sənin bunda heç bir günahın yoxdur, amma günahkarlıq hissi səni tərk etmir. Bu ananın gözlərindəki səssiz suallara cavabım yoxdur. Bu yerdə pafoslu çıxışlar heç bir işə yaramır. Və mən bu dünyada daha heç bir ananın onun taleyini yaşamasını istəmirəm!

Azərbaycan dilində gözəl bir ifadə var: döydüyün qapını heç vaxt tam bağlama, bir az aralı saxla – bəlkə sabah o qapını bir də döymək lazım olacaq?! Biz qonşularımızdan tamamilə uzaqlaşa bilmərik və buna haqqımız da yoxdur. Ətrafında yaşayan bütün qonşuları düşmən kimi görən, onların hər birinin tarixdə səndən nəsə aldığını düşünən, fürsət düşəndə səni “kürəyindən bıçaq vuracağına” inanan insan və ya cəmiyyət azad və rifah içində yaşaya, inkişaf edə bilməz. Kimsə keçmişi unutmağı təklif etmir – keçmiş bütün sevinc və ağrıları ilə bizim bir parçamızdır, bizi biz edən, unikallaşdıran dəyərdir. Amma eyni zamanda, keçmişdən nəticə çıxarmağı, elə şərait yaratmağı bacarmalıyıq ki, heç bir radikal qüvvə, üçüncü və ya dördüncü tərəf bizim xalqların faciələri üzərindən öz geosiyasi oyunlarını yenidən qura bilməsin.

Epiloq. Qədim yunan filosofu Sokrat bir dəfə dağ yamacı ilə şagirdləri ilə görüşə qalxarkən yolda heteraya (əyləncə üçün qadın) rast gəlir. Qadın istehza ilə deyir: “Yenə şagirdlərinin yanına gedirsən?! Bilirsən ki, mən onlardan hansını barmağımla çağırsam, dərhal sənin dərsini unudub mənim dalımca gələr”. Sokrat cavab verir: “Sən haqlısan. Bu doğrudur. Çünki sən onları aşağıya çəkirsən, mən isə yuxarıya aparıram. Yuxarı qalxmaq isə həmişə daha çətindir...”
Heç kim demir ki, sülh prosesi asan olacaq, dinamik şəkildə ancaq üzü yuxarı qalxacağıq. Bu yolda büdrəmələr, geriyə sürüşmələr, yeni toqquşmalar yaratmaq cəhdləri olacaq. Amma “Müharibə” adlı heteranın “asan yolu” – başqalarının oğullarının canı və valideynlərin göz yaşları hesabına qazanılan “ya hər şey, ya heç nə” – kimə lazımdır?!
Gəlin Sokratın getdiyi yamacı ilə yuxarı qalxaq – anlayış, qarşılıqlı hörmət və sülh yamacı ilə.

Anar Eyyubov- pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru