Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                 

İcra başçılarının “pul xərcləmək yarışı” - sensasion iddia
Tarix: 24-10-2025, 08:46 | Çap et

“Azərbaycanda bir sıra icra hakimiyyətləri sanki yarışa giriblər. Bu qurumlar ilin sonlarına yaxın xeyli fəallaşıblar. Belə ki, təkcə oktyabrın 21-də üç rayonun İcra Hakimiyyəti tender keçirib”. Bu barədə Tribunainfo.az xəbər verib.

Bildirilir ki, həmin tenderlərdən birini Saatlı Rayon İcra Hakimiyyəti reallaşdırıb. “Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işlərini əhatə edən müsabiqənin qalibi "RAPID SERVICES AZERBAIJAN" MMC, dəyəri isə 785 min 163 manat olub. İkinci tender xəbəri isə Ucardan gəlib. Rayon icra hakimiyyəti Ucar şəhərində yolların əsaslı təmir işlərinin satın alınmasını həyata keçirəcək. Bununla əlaqədar “AQROYOL-İNŞAAT” MMC ilə müqavilə bağlanıb. Onun dəyəri isə 336 min 310 manat təşkil edib. Ötən həftə rayondakı abadlıq işlərini un istehsal edən şirkətə həvalə edən Tovuz İcra Hakimiyyəti isə “qəfil dönüş” edib. Belə ki, sözügedən qurum Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işlərini “AZƏRTRANSS” MMC-yə tapşırıb. Bununla əlaqədar tərəflər arasında 134 min 489 manatlıq müqavilə imzalanıb", - xəbərdə deyilir.

Ekspertlər ilin sonuna doğru icra hakimiyyətlərinin intensiv tender keçirmələrini təsadüfi hesab etmirlər. Bildirirlər ki, bu intensivlik İcra Hakimiyyətlərində büdcə qalıqları ilə bağlıdır. Belə ki, bu dövlət qurumları ilin sonuna kimi onlara ayrılmış büdcəni xərcləməlidirlər. “Əks təqdirdə, növbəti büdcə ilində xərclənməyən hissə qədər ayrılmalar azaldılır. Yəni növbəti ildə icra hakimiyyətləri daha az büdcə almalı olurlar. Ona görə də ilin sonuna kimi ayrılan büdcəni xərcləyirlər ki, növbəti il az büdcə almasınlar”.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, yerlərdə belə “tender canlanması” anlaşılandır: “Yerli icra başçıları yaxşı başa düşürlər ki, ilin sonuna qədər onlara ayrılan vəsaitlərdən maksimum istifadə etməsələr, xərclənməyən pullar ilin sonunda geriyə, xəzinədarlığın hesabına qaytarılacaq. Digər tərəfdən, ilin sonuna yaxın büdcə xərclərinin artması yeni ənənə deyil. Biz əgər büdcədən xərcləmələrin zamanla həcmlərinə baxsaq, ilin son rübündəki xərcləmələrin ilin digər rübləri ilə müqayisədə daha artıq olduğunu görə bilərik. Xərclərin ilin sonunda daha çox olmasını şərtləndirən bir başqa səbəb isə il ərzində yerinə yetirilmiş layihələr üzrə borcların tam bağlanması kimi öhdəliklərin icrası ilə də bağlı olur”.

Fikrət Yusifov qeyd etdi ki, icra başçıları ilin sonuna yaxın “tender canlanması”nın bir başqa və əsas səbəbi, mərkəzdən ayrılan vəsaitlərin yerlərə məhz indi daxil olması ilə bağlıdır: “Yəni yerli İcra hakimiyyətləri büdcələrinə subsidiya daxil olan kimi nəzərdə tutulmuş tenderləri də tez bir zamanda keçirib həm də "öz maraqlarını" reallaşdırmağa can atırlar. Hər kəsə məlumdur ki, tenderlərin keçirilməsində heç də həmişə şəffaflıq təmin olunmur. Buna dair çoxsaylı faktlar sadalamaq mümkündür. Şübhə etməyin ki, “tender canlanması”nın başlıca səbəbi də elə budur... Bütün bunlar və icra hakimiyyətlərinin fəaliyyətindəki, digər ciddi nöqsanlar bir daha sübut edir ki, sovetlər dönəmindən “yadigar qalmış” bu paslanmış idarəçiliyin ləğv edilməsinin zamanı çatıb".

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə bildirdi ki, ilin üçüncü rübünün sonu, dördüncü rübündə rayon İcra Hakimiyyətlərinin büdcə xərclərinin kəskin şəkildə artması kimi anormal tendensiya illərdir müşahidə olunur: “Bəzi hallarda dördüncü rübdə xərclənən vəsait ilin üç rübündə xərclənən vəsaitdən çox olur. Təəssüf ki, belə bir yanaşma müşahidə olunur. Büdcədəki vəsaitə qənaət olunubsa, bu o demək deyil ki, qənaət olunmuş vəsait ilin son rübündə mütləq xərclənməlidir. Büdcə qanununa görə, xərclənməyən vəsait ilin sonunda dövlət büdcəsinə geri qaytarılmalıdır. Lakin icra hakimiyyətləri bunu etmirlər və müxtəlif tenderlər vasitəsilə vəsaiti bölüşdürürlər. Bu səbəbdən də ilin son aylarında tenderlərin sayında ciddi artım müşahidə olunur. Ən acınacaqlısı odur ki, hər il bu praktika təkrar olunur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Bu gün, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Bu gün, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru