Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                 

"Gürcüstanın qərarı milli azlıqların təhsil hüququnun pozulması deməkdir” - HƏQİQƏTƏN DƏ...
Tarix: 21-10-2025, 06:55 | Çap et

"Gürcüstan azərbaycanlılarının “Etnik azlıqların dili” fənninin “Azərbaycan dili və ədəbiyyatı” ilə əvəzlənməsi tələbi təkcə terminoloji məsələ deyil, eyni zamanda milli azlıqların təhsil hüququnun qorunması, identiklik və mədəni özünüdərk məsələsidir. Təhlil göstərir ki, bu tələb həm beynəlxalq hüquqi sənədlərə, həm də Gürcüstan Konstitusiyasına əsasən legitim və əsaslıdır. Məsələ əslində, təhsil sistemində milli azlıqların dilinə yanaşmanın formallıqdan real hüquqa çevrilməsi məsələsini gündəmə gətirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Gürcüstan azərbaycanlılarının “Etnik azlıqların dili” fənninin “Azərbaycan dili və ədəbiyyatı” ilə əvəzlənməsi tələbindən danışarkən bildirdi.

Onun sözlərinə görə, Gürcüstan Konstitusiyasının 38-ci maddəsinə əsasən, ölkədə yaşayan milli azlıqların öz dilini, mədəniyyətini və adət-ənənələrini qorumaq və inkişaf etdirmək hüququ təmin olunur:

"Həmin maddədə açıq şəkildə qeyd olunur ki, dövlət milli azlıqların öz ana dilində təhsil almasına şərait yaratmalıdır. Lakin “etnik azlıqların dili” kimi ümumi termin bu hüququ konkretləşdirmir, əksinə, milli kimliyi və dilin rəsmi tanınma statusunu zəiflədir. Bu yanaşma həm hüquqi, həm pedaqoji, həm də psixoloji baxımdan yanlış və diskriminasiya elementləri daşıyan yanaşmadır.

Beynəlxalq hüquq baxımından da bu məsələ kifayət qədər aydın tənzimlənib. Birləşmiş Millətlər Təşkilatının (BMT) 1966-cı il “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ının 27-ci maddəsində göstərilir ki, milli, etnik və ya dil azlıqlarına mənsub şəxslər öz dilindən istifadə etmək, mədəniyyətini yaşatmaq və təhsil hüququnu həyata keçirmək azadlığına malikdirlər. Eyni zamanda, Avropa Şurasının “Milli azlıqların qorunması üzrə çərçivə konvensiyası”nın 14-cü maddəsinə görə, milli azlıqların nümayəndələrinin ana dilində təhsil alma və bu dilin öyrədilməsini tələb etmək hüququ vardır. Gürcüstan bu konvensiyanı 2005-ci ildə ratifikasiya edib və bununla öz üzərinə öhdəlik götürüb ki, etnik azlıqların dilləri yalnız “dil” kimi deyil, “ana dili” və “ədəbiyyat” kimi tədris fənni şəklində qorunacaq. Bu kontekstdə Gürcüstan Təhsil Nazirliyinin fənnin adını “etnik azlıqların dili” kimi dəyişdirməsi hüquqi baxımdan azlıqların fərdiləşdirilmiş dil hüququna ziddir. Bu termin azərbaycanlıların dilini bir kateqoriya içində əridir, onun öz kimliyini və mədəni statusunu arxa plana keçirir. Əgər “Gürcü dili və ədəbiyyatı” fənni konkret olaraq milli kimliyə əsaslanırsa, “Azərbaycan dili və ədəbiyyatı” da eyni prinsip üzrə adlandırılmalıdır. Əks halda, bu, “milli azlıq dili” adı altında mədəni assimilyasiyaya aparan təhlükəli presedent yaradır".

Müsahibimiz qeyd etdi ki, Gürcüstan kimi çoxmillətli dövlətdə Azərbaycan dili və ədəbiyyatının ayrıca fənn kimi saxlanılması yalnız azlıqların hüququ deyil, həm də dövlətin demokratik və çoxtərəfli təhsil sisteminə sadiqliyinin göstəricisi olmalıdır:

"Statistik göstəricilər bu məsələnin miqyasını da aydın göstərir. Gürcüstan Milli Statistika Xidmətinin 2024-cü il məlumatına görə, ölkədə 230 mindən çox etnik azərbaycanlı yaşayır və onların təxminən 80 faizi Kvemo Kartli (Borçalı) bölgəsində cəmləşib. Bu, ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. Hazırda Gürcüstanın azərbaycanlıların yaşadığı 80-dən çox məktəbində tədris Azərbaycan dilində aparılır. Lakin fənnin adının dəyişdirilməsi bu məktəblərdə ana dilinin formal statusunu zəiflədərək, gələcəkdə bu məktəblərin assimilyasiyaya məruz qalma riskini yaradır. Bu qərarın mənfi tərəfi odur ki, “etnik azlıqların dili” anlayışı bütün azlıqları eyni kateqoriyaya salır və spesifik mədəni kimliyi inkar edir. Bu, UNESCO-nun “Mədəni müxtəlifliyin qorunması haqqında Bəyannamə”sinin 5-ci maddəsinə də ziddir. Həmin maddədə qeyd olunur ki, “mədəni müxtəlifliyin qorunması üçün təhsil sistemləri hər bir mədəniyyətin öz ifadə formalarına hörmət etməlidir.” Belə olduqda, “Azərbaycan dili və ədəbiyyatı”nın tədris proqramından çıxarılması yalnız bir fənnin adının dəyişməsi deyil, həm də milli-mədəni dəyərlərin dövlət səviyyəsində tanınmamasına gətirib çıxarır".

Ekspertin fikrincə, Azərbaycanın Elm və Təhsil Nazirliyinin bu məsələdə aydın mövqe sərgiləməsi, Gürcüstan tərəfi ilə diplomatik və elmi əlaqələr çərçivəsində məsələni müzakirəyə çıxarması mühüm addım olardı.

"Azərbaycan tərəfinin son illərdə azlıqların hüquqları ilə bağlı beynəlxalq platformalarda apardığı təhsil diplomatiyası model kimi təqdim oluna bilər. Gürcüstanla bu sahədə qarşılıqlı anlaşma əldə olunarsa, həm oradakı azərbaycanlı icmasının hüquqları qorunar, həm də Gürcüstanın demokratik imici möhkəmlənər. Hesab edirəm ki, “Azərbaycan dili və ədəbiyyatı” fənninin “etnik azlıqların dili” ilə əvəzlənməsi beynəlxalq təhsil standartlarına və milli azlıqların hüquqlarına uyğun deyil. Gürcüstan hökumətinin bu addımı təhsil hüququnun bərabərlik prinsipini pozur, azərbaycanlıların milli-mədəni kimliyinə mənfi təsir göstərir və ölkənin çoxmədəniyyətli siyasətinə ziddir. Doğru yanaşma bu fənnin adının əvvəlki kimi “Azərbaycan dili və ədəbiyyatı” formasında saxlanılması, tədris resurslarının yenilənməsi və bu istiqamətdə Gürcüstan və Azərbaycan təhsil qurumlarının əməkdaşlığının gücləndirilməsidir. Bu, həm beynəlxalq hüquqa, həm də sivil təhsil prinsiplərinə tam uyğun addım olar" , - deyə Kamran Əsədov yekunlaşdırdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Bu gün, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Bu gün, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Bu gün, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Bu gün, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru