Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                 

Mehdiyevin adı yenidən “Tərtər işi”ndə - İLGİNC
Tarix: 17-10-2025, 09:35 | Çap et

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustağı edilməsi və barəsində 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülməsi ətrafında ən müxtəlif iddialar səslənməkdədir.

Sabiq təhsil naziri Misir Mərdanov da Globalinfo.az-a açıqlamasında maraqlı iddia səsləndirib. Keçmiş nazir deyib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər.

Mehdiyev 1995-2019-cu illərdə PA-ya rəhbərlik edib, 2019-2021-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub. “Tərtər işi” Azərbaycanda 2017-ci ildə baş verən və hərbi qulluqçulara qarşı işgəncə, qanunsuz azadlıqdan məhrum etmə və digər hüquq pozuntuları ilə əlaqəli olan genişmiqyaslı cinayət işidir. İstintaq 2021-ci ildə yenidən başlanıb və bir çox yüksək rütbəli hərbi və hüquq-mühafizə orqanı əməkdaşları cinayət məsuliyyətinə cəlb olunub.

Bilirik ki, “Tərtər işi”nin təşkilatçılarından biri kimi Ramiz Mehdiyevin də adı hallanırdı. “Tərtər işi” üzrə dəfələrlə zərərçəkmişlərin dilindən səsləndirilib ki, baş verənlərdə Rusiya kəşfiyyat orqanının əli olma ehtimalı yüksəkdir və işgəncənin təşkilatçıları kimi irəli sürülən əsas adlara və kimliklərə baxdıqda onların dövlətimizə sızdırılmış rus emissarları olma ehtimalları güclənirdi.

Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda Ramiz Mehdiyev PA-nın rəhbəri idi. Media o zaman yazırdı ki, Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan Kamal Əliyev 2021-ci ilin mayında Ramiz Mehdiyev tərəfindən AMEA-nın hüquq şöbəsinin müdiri təyin edilibmiş. Kamal Əliyev özü barədə olan açıq və bioqrafik məlumatlarda əsas bilgiləri gizlətsə də, məlum olmuşdu ki, o, hələ 2000-ci ildən Hərbi Məhkəmədə hakim kimi fəaliyyət göstərib. Eləcə də 2017-ci ildə Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir neçə əsgər və zabitə ağır ittihamedici maddələr üzrə ədalətsiz hökmlər oxuyub.

Bir müddət əvvəl Kamal Əliyev sabiq deputat Elton Məmmədovu məhkəməyə vermişdi. Onun sözlərinə görə, sabiq deputatın “Tərtər işi” ilə bağlı ona qarşı irəli sürdüyü iddialar əsassızdır: “Mənə məhkəmədə dedi ki, sən Nəcməddin Sadıqovla birləşmisən”.

Qəribədir, 2017-ci ildə o xoşagəlməz cinayətdə uğursuz hakimlik edənlərdən biri niyə gəlib məhz Ramiz Mehdiyevə sığınsın? Niyə Ramiz Mehdiyev adıkeçən hüquqşünası illər sonra AMEA-nın hüquq şöbəsinin başına keçirsin?!

Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da “Reytinq” qəzetinə müsahibəsində deyib ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq: “Azərbaycanda ziyalıların, azad fikirli insanların, müxalifətin hakimiyyətdə və parlamentdə təmsil olunmasının qarşısını alan yeganə qüvvə Mehdiyev idi. İşlədiyi dövrdə ölkədəki bütün həbslərin "memarı" da Mehdiyev olub. Qənaətimcə, “Tərtər işi”ni ciddi araşdırsaq, onun həyata keçirilməsinə, bunu edən insanlara da Mehdiyev tərəfindən tapşırıq verildiyini müəyyən etmək mümkündür. Mehdiyev Rusiyaya və özünə yaxın şəxsləri Azərbaycanda müxtəlif vəzifələrə yerləşdirmişdi. O cümlədən biznesin, iqtisadiyyatın ruspərəst qüvvələrin əlinə keçməsi üçün çalışıb, bu işdə müstəsna xidmətlər göstərib.

“Yeni Müsavat”a gözləntilərini şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl Mehdiyevin “Tərtər işi” ilə birbaşa əlaqəsini az ehtimal edir. Onun fikrincə, sabiq PA rəhbərinin dolayısı şəkildə bu hadisələrlə əlaqəsi ola bilər, lakin İ.İsmayıl Mehdiyevə cinayət işi açılmasından sonra Tərtər hadisələri ilə bağlı yeni təkan gözləmir: “Ola bilsin ki, Ramiz Mehdiyev Tərtər hadisələrində adı keçənlərdən kimlərisə vəzifələrə qoyub, amma bu iş Müdafiə Nazirliyi ilə bağlı məsələ idi. Ona görə də Ramiz Mehdiyevə açılan cinayət işinin Tərtərdəki olayların araşdırılmasına təkan verəcəyini gözləmirəm. Onsuz da "Tərtər işi" ilə bağlı kifayət qədər addımlar atılıb, bəraət alanlar da olub, tutulanlar da. Bu baxımdan, Ramiz Mehdiyevin bu hadisələrdə dolayısı ilə əlaqəsi istisna deyil, açığı, birbaşa bağlantısını görmürəm".

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə “Yeni Müsavat”a deyib ki, təkcə Tərtər hadisələri deyil, bir çox məsələlərə yenidən baxılmalıdır. Onun fikrincə, bu hadisələr Ramiz Mehdiyevin PA rəhbəri vəzifəsi tutduğu dövrlərdə baş verib: “Məlumdur ki, Azərbaycanda istintaq prosesləri müxtəlif formalarda aparılıb. Bu istintaq aparılarkən həmin dövrdə ikinci şəxsin əlaqəsi və ya prosesin onun nəzarətində olması şübhə doğurmur. Ona görə bu hadisələrə yenidən baxıla bilər. Düzdür, "Tərtər işi"nin təkrar istintaqı aparıldı, amma yenə də tam qapanmadı. “Tərtər qətliamı”nda Azərbaycan Ordusunun bir hissəsini işgəncə ilə məhv ediblər və burada Rusiyanın barmağının olması da, Kremlə bağlı birinin bağlantısı da tamamilə mümkündür. Ona görə bu məsələlərin yenidən nəzərdən keçirilməsi zəruridir".

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərinin aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
23-05-2026, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
23-05-2026, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
23-05-2026, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
23-05-2026, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru