Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                 

Zaur Mikayılovun kadrından ÖZBAŞINALIQ... - Vətəndaş CANA DOYUB
Tarix: 4-11-2022, 08:35 | Çap et
Zaur Mikayılovun kadrından ÖZBAŞINALIQ...
Göyçay sakini Seymur Azadov 3 il əvvəl Meydan TV-yə Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə tərəfindən torpaq sahəsinin əlindən alınmasıyla bağlı şikayət etmişdi. Bu dəfə isə onun şikayəti rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovdandır.

Seymur Azadovun sözlərinə görə, hər şey ondan başlayıb ki, o, 2021-ci ilin yaz aylarında idarəyə müraciət edib. İllərdir ki, köhnə arxın zibillənməsi üzündən küçə və həyətləri su basdığını deyib, yeni arxların qazılmasını istəyib. İdarə rəisi ona əvvəlcə bu işlərin tezliklə görüləcəyini desə də, sonradan texnikaların sınıq-salxaq olmasını səbəb gətirib. Vətəndaşsa necə deyərlər, “dinc durmayıb”, gedib dağın başında ayrı-ayrı sahibkarlar üçün torpaq çıxaran idarəyə məxsus yeni traktorların foto və videogörüntülərini çəkib. Bundan qəzəblənən idarə rəisi və bir neçə traktorçu vətəndaşdan polisə şikayət edib. Şikayətçi danışır:

“Məni polisə dəvət etdilər, getdim, dedim, araşdırın, görün, dövlətin texnikasını pul alıb aidiyyəti olmayan yerlərdə istifadə edən idarə rəisi düz deyir, yoxsa mən. Gördülər, haqlıyam, şikayəti bağladılar”.

Şikayətçinin deməsinə görə, bundan sonra idarə rəisi məhkəmədə iddia qaldırıb ki, Seymur Azadovun arx mühafizə ərazisində işlətdiyi avtomobil təmir sexi sökülsün. Məhkəmə başlayandan bir neçə gün sonra Seymur Azadov bir şüşə sirkə turşusu götürərək Suvarma Sistemləri İdarəsinə – Şakir Əhmədovun iş otağına gedib, orada sirkə turşusunu içməklə intihara cəhd edib. İdarə işçiləri təcili yardım çağırıb, xəstəxanaya götürülüb, yardım göstərilməklə həyata qaytarılıb.

Hələ məhkəmə davam edərkən Seymur Azadovun başına daha bir neçə iş gəldiyini də deyir:

“Mən Suvarma Sistemləri İdarəsinə verilmiş, hər birinin dəyəri 300 min manat civarında olan yeni texnikalardan aidiyyəti üzrə olmayan başqa-başqa yerlərdə istifadə olunmasıyla bağlı video və foto görüntüləri rayon prokuroluğuna təqdim etmişdim. Bir dəfə maşın ehtiyat hissələri almağa gedəndə rayonun Mallı Şıxlı kəndi ərazisində bir tərəfdən avtomobillə, bir tərəfdən də Suvarma Sistemləri İdarəsinə məxsus traktorla yolumu kəsdilər. Məni maşından düşürtdülər, “Şakir müəllimdən sənə salam var” deyib, maşının salonunu axtardılar. Mobil telefonumu götürüb, getdilər. Mən bu barədə rayon polis şöbəsinə şikayət etdim. Təhqiqatçı dedi ki, axşam səninlə əlaqə saxlayacağıq. Axşam saat 9 radələrində zəng vurub dedi ki, gözün aydın, telefonun tapılıb, gəl. Getdim, dedim, mən polisə ərizəni telefonumun itməsinə görə yox, qarşımı quldurcasına kəsib, maşınımdan götürülməsinə görə yazmışam. Telefonu qaytaranda gördüm ki, çəkdiyim görüntülər silinib, telefon format olunub”.

Bu ilin iyununda məhkəmə Suvarma Sistemləri İdarəsinin Seymur Azadova qarşı qaldırdığı iddianı təmin etməyib. Belə ki, əraziyə baxış keçiriləndə məlum olub ki, avtomobil təmiri sexi arxdan 4 metr aralıda yerləşir və mühafizə zolağından kənardadır. Üstəlik, vətəndaşın obyektə və torpağa dair Çıxarışları var, tikinti tam qanuni şəkildə aparılıb, obyektin fəaliyyətində də heç bir nöqsan tapılmayıb. Sermur Azadovsa Göyçay rayonu ərazisindəki arxların mühafizə zolaqlarında tikilmiş onlarla ticarət və iaşə obyektlərinin görüntülərini çəkərək hüquq-mühafizə orqanlarına göndərib:
“230 foto çəkib göndərmişəm Baş Prokurorluğa… Elə obyektlər var ki, arxın bir hissəsini betonlayıblar, obyektin bir hissəsi həmin betonun üstünə tikilib. Ancaq nədənsə Suvarma Sistemləri İdarəsi bunu “görmür”. Bu obyektlərin çoxu tanınmış ticarət şəbəkələrinə aiddir, çoxunun sahibi rayonun məmurlarıdır. Baxmayaraq ki, hər biri barədə sübutlu şəkildə məlumat vermişəm, hələ də tədbir görülməyib”.

Bu il avqustun 3-də Baş prokuror Kamran Əliyev Ucarda vətəndaşların qəbulunu keçirəndə Seymur Azadov da gedib. O, Baş prokurora son 1 ildə başına gələnlərdən danışıb:

“Rayonumuzun prokuroruna dedi ki, təkcə Göyçaydan yox, demək olar ki, bütün rayonların Suvarma Sistemləri İdarələrindən eyni şikayətlər gəlir. Mənə isə bildirdi ki, məsələni nəzarətə götürürəm. Ancaq bunun da üstündən 3 ay ötür, heç bir səs-xəbər yoxdur”.

Seymur Azadov başına gələnlərdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun cəzasız qalmasıyla barışa bilmir:

“Dövlətin traktoruyla qarşımı kəsib quldurluq ediblər, cəzasız qalıb. Məni intihara sürükləyib, cəzasız qalıb. Məni 1 ilə yaxın məhkəmə yolunda qoyub, cəzasız qalıb. Dövlətin traktorları hələ də onun-bunun şəxsi sahəsində işləyir, bu da cəzasız qalıb. Vətəndaşla istədiyi kimi davranan məmurun cəzasız qalması bir vətəndaş olaraq məndə dövlətimə qarşı inamsızlıq yaradır. Şakir Əhmədov məni bu qədər əziyyətə salıb, mənəvi zərər vurub, ancaq hələ də vəzifəsində oturub. Dövlətin traktorları vətəndaşların problemləri üçün nəzərdə tutulub, ancaq o, bu traktorlarla ondan şikayətçi olan vətəndaşın yolunu kəsir, yaxud da dövlətin verdiyi əmlakı şəxsi maraqları üçün dağda-daşda torpaq, katlavan qazmağa istifadə edir. Onu da deyim ki, yaşı çoxdan ötüb, vəzifədə müqaviləylə qalıb. Bu boyda ölkədə o qədər savadlı, gənc kadrlar olduğu halda, bu adamın arxasında kim dayanır, bir vətəndaş olaraq bunu bilmək mənim də haqqımdır”.

Meydan TV vətəndaşın iddialarına münasibət bildirməsi Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovla telefon əlaqəsi yaradıb. İdarə rəisi bildirib ki, bütün bunlarla bağlı məsələ rayon prokurorluğunda araşdırılır və o, bu barədə telefonda danışmaq istəmir.

Göyçay Rayon Prokurorluğundansa bildirilib ki, Seymur Azadovun intihara cəhd işi üzrə araşdırmalar aparılıb, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası keçirilib. Vətəndaşın intihara cəhd etməsi hadisəsində cəza təhdidi altında qadağan olunmuş ictimai-təhlükəli əlamətləri müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilib. Digər məsələlərsə araşdırlır.

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu yaxınlarda Suvarma Sistemləri İdarəsi tərəfindən Həbibi küçəsində arx qazıntısı aparılıb. Seymur Azadovsa deyir, qazıntının əsas işlərini elə sakinlər özləri həyata keçirib.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru