"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                 

Təhsil sistemimizdə BİABIRÇI MƏNZƏRƏ... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 5-10-2021, 09:20 | Çap et
Təhsil sistemimizdə BİABIRÇI MƏNZƏRƏ...
Məlumdur ki, bugünə kimi təhsilimizin inkişaf etdirilməsi məqsədilə əsaslı islahat proqramları həyata keçirilsə də, hələ də bu sahənin inkişafına yetərincə nail olmaq mümkün olmamışdır. Bu baxımdan, hal-hazırda ölkəmizin təhsil sahəsində də ciddi problemlər var və onların həlli zərurətə çevrilib. Problemlərin əmələ gəlməsində başlıca səbəb, istər təhsil sistemində tənzimləmənin, istərsə də idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən olunmamasıdır. Unutmaq olmaz ki, problemlərin həll olunması ölkəmizin davamlı inkişafı üçün başlıca şərtdir. Belə bir səbəbdən də, ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdədir. Bu yöndə lazımi addımların atılmasına baxmayaraq, hələ də bəzi vəzifə sahiblərinin səriştəsizliyindən, daşıdıqları vəzifələrinin məsuliyyətini yetərincə hiss etmədiklərindən və digər səbəblər üzündən, əksər təhsil müəssisələrində olmazın olaylar yaşanır, hər cür hoqqalara qol qoyulur. Belə təhsil ocaqlarından biri də, Bakı şəhəri, Xəzər rayonu, Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbdir.

Redaksiyamıza daxil olan məlumatlara görə, adı çəkilən bu təhsil ocağında direktor vəzifəsini Nəsimi Nəsirov icra edir və bu şəxsin yaxın qohumu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin informasiya təminatı şöbəsinin müdir əvəzidir.

Qeyd edək ki, Təhsil Nazirinin F-399 nömrəli əmri var və bu əmrdən irəli tələblərdə qeyd olunur ki, məktəbəqədər hazırlıq qrupu 4-cü sinif müəllimlərinə, hansı ki, diaqnostik balı yüksək olan müəllimlərə verilməlidir. Belə bir əmrin olmasına baxmayaraq, 256 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edən Nəsimi Nəsirov isə, düşünüb-daşındığı addımını atır. Yəni o, əvvəlcə sistemdə qrupu 4-cü sinif müəlliməsinin adına açır. Elə ki, həmin müəllimə ailə vəziyyətinin çətinliyi və digər səbəblər üzündən adına açılmış qrupundan imtina edir, o halda direktor əvəzi vəzifəni daşıyan bu şəxs, qrupu 3-cü sinif müəlliməsinin adına açır. Çox keçmir ki, 3-cü sinif müəlliməsi direktorun bu cür qanunsuzluq əməli haqda məlumatlı olur və o da, adına açılmış qrupdan imtina edir. Elə ki, valideyinlər bu haqda xəbərdar olub narazılıqlarını ifadə edirlər, o halda rəhbərlik “Sistemdə səhv baş verib, qrup Şəlalə Vəliyevanın adına açılacaq” deyə vəd verir və bu cür addımını atmaqla, bir növ valideyinləri müəyyən müddətə sakitləşdirə bilir. Bir qədər vaxt keçdikdən sonra isə, Nəsimi Nəsirov məktəbəqədər hazırlıq qrupunu 1-ci sinif müəlliminə verir. Elə ki, 4-cü sinif müəlliməsi Şəlalə Vəliyeva 256 nömrəli tam orta məktəbə rəhbərlik edən şəxsin qanunsuzluğa söykənən əməlləri ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edir, məktəb rəhbərliyi həmin vaxtdan da onunla prinsip aparmağa başlayır. Hətta, Nəsimi Nəsirov “Mən qrupu istədiyim müəllimə verə bilərəm, kənardan müəllim də gətirə bilərəm” deyir və bu cür danışığı ilə kollektiv üzvləri arasında qıcıq da yaradır. Əslində belə bir addımın atılması həm təhsil haqqında Qanunla, həm də Təhsil Nazirinin F-399 nömrəli əmri ilə ziddiyyət təşkil edir.

Dəryaz qəzetinin redaksiyası olaraq bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, 4-cü sinif müəlliməsi Şəlalə Vəliyevanın ailəsi məcburi köçkün ailəsidir və onların ailəsində Qarabağ müharibəsi veteranı, həmçinin DİN-nin 1-ci qrup əlili olan şəxs var. Yəni, həmin şəxs adı çəkilən bu xanımın ailə üzvləri ilə eyni mənzildə yaşayır. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, məktəbəqədər hazırlıq qrupunun 4-cü sinifin müəlliməsi Şəlalə Vəliyevaya verilməməsinin kökündə, məhz onun 256 nömrəli tam orta məktəbə rəhbərlik edən Nəsimi Nəsirova “haqq-hesab” çatdırmaması olur. Çünki, rəhbərlik həmin qrupu pulun müqabilində məktəb müəllimlərinin hər birinə təklif edir. Bu da onu söyləməyə əsas verir ki, bu təhsil ocağında “kolxoz qanunları” hökm sürməkdədir. Digər tərəfdən, Nəsimi Nəsirovun bu cür addımları məcburi köçkün ailəsinə, həmçinin Qarabağ müharibəsi veteranı və DİN-nin 1-ci qrup əlilinin də yaşadığı ailəyə bəxş etdiyi “əvəzsiz hədiyyə”dir.

Düşündürücü hal odur ki, Şəlalə Vəliyevaya belə bir qanunsuzluq əməli ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, daha dəqiq desək sektor müdiri Fuad Babayevə müraciət etsə də, adı çəkilən vəzifə sahibi “Direktor qanunsuzluq edib” deməklə kifayətlənib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Daxili nəzarət şöbəsinin əməkdaşı Sərxan müəllim isə “Direktorun əməli ilə bağlı yuxarıya məlumat vermişəm” deyir. Bu qurumun vəzifə sahiblərindən olan Əfqan müəllim isə, “Mən dəfələrlə Nəsimi Nəsirovun yerində olmadığını rəhbərliyə çatdırmışam” deyir. Şəlalə Vəliyeva 14 avqust 2021-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın qəbulunda olur, o halda rəhbərlik “Mənim belə bir işlərdən xəbərim yoxdur və 22 diaqnostik bal toplayan müəlliməyə qrup verilməməsi ilə bağlı qərar yoxdur” cavabını verir. Əldə etdiyimiz müəyyən məlumatlara, tərəfimizdən apardığımız araşdırmalara görə hal-hazırda Bakı şəhərindəki təhsil müəssisələrində 12 diaqnostik bal toplayan müəllimələrə qrup verilib.

256 nömrəli tam orta məktəbdə baş verən bu cür qanunsuzluqlar onu söyləməyə əsas verir ki, direktor vəzifəsini icra edən Nəsimi Nəsirov, bu gün də təhsil haqqında Qanunu və Təhsil Nazirinin F-399 nömrəli əmrini saya salmır və onları əhəmiyyətsiz sənəd hesab edir. Digər tərəfdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində vəzifə sahibi olan şəxslərin isə ümumi qənaətləri belədir ki, əgər İnformasiya Təminatı şöbəsinin müdir əvəzi ərizələrin onlara çatmasına imkan verərsə, o halda hər bir şikayət ərizəsini yerində araşdırmaq mümkün olar. Deməli, Nəsimi Nəsirovun Bakı Şəhəri üzrə Təhsil İdarəsi İnformasiya təminatı şöbəsinin müdir əvəzi ilə düzüb-qoşduğu işbirliyi, hər cür qanunsuzluqların baş verməsinə yollar açır. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra təhsil naziri cənab Emin Əmrullayev, nəzər-diqqətini 256 nömrəli tam orta məktəbdə yaşanan biabırçılıqlara da yönəldəcək və problemlərin araşdırılması üçün, aidiyyatı qurumlara lazımi tapşırığını da verəcək.

Mövzuya qayıdacağıq.

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru