“Ramiz Mehdiyevin AMEA-ya gələndən sonra evləri kimlərə verdiyini bilsəniz, o zaman şok olacaqsınız” – ŞOK İDDİALAR
Tarix: 1-10-2021, 13:01 | Çap et
 Redaksiyamıza tez-tez Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən qanunsuzluqlar və özbaşınalıqlar haqqında şikayət məktubları daxil olur. Əksər şikayət məktubları heç bir tutarlı səbəb olmadan AMEA-dakı işini itirən, buradakı qanun pozuntuları ilə üzləşən insanlar tərəfindən göndərilir. Hər halda göndərilən məktublarda bu cür yazılır və AMEA rəhbərliyinə qarşı bir sıra ciddi iddialar səsləndirilir.
KONKRET.az-ın redaksiyasına göndərilən budəfəki şikayət məktubunun məğzi də, digərlərindən heç nə ilə fərqlənmir desək, yəqin ki, yanılmarıq. Məktubu göndərən şəxs isə 2020-ci il may ayının 20-nə qədər AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis kimi fəaliyyət göstərən, lakin özünün dili ilə desək qeyri-qanuni şəkildə işdən çıxarılan Coşqun Yəhyayevdir.
Vətəndaşın iddiasına inansaq qeyri-qanuni işdən çıxarıldığı üçün məhkəməyə müraciət edib və hələ də məsələ araşdırılır. Coşqun Yəhyayev deyir ki, Ramiz Mehdiyevlə mübarizə aparmaq asan məsələ deyil. Bunun nə demək olduğunu təxmin edirsiniz deyə bizə sual da ünvanlayır:
“İşlər İdarəsinə Ramiz Mehdiyev öz qohumu Fikrət Əliyevi rəhbər təyin etdikdən sonra neqativ əməllərə, tender maxinasiyalarina və sair qanunsuz işlərə etiraz etməyim, əvvəlki mudirlə bu cür işlərlə məşğul olmadığımızı deməyim, müəllim oğlu olduğumu və belə əməllərin ailəmin adına ləkə gətirəcəyini xatırlatmağım, “başqa işə keçirin sizinlə işləyə bilmərəm” deməyim, doktorantam, ziyalıyam, siz isə diş texnikisiniz, akademiyada neyləyirsiniz sualını ünvanlamağım onların xoşuna gəlmədi. Bununla da məni yox etmək fikrinə düşdülər. Elə məhv etdilərdə, amma qeyri-qanuni yolla, qanun bizik deyərək” – Coşqun Yəhyayev iddia edib.
AMEA-nın sabiq əməkdaşının iddialarına görə, Onlar ancaq neqativ əməllərlə, şəryaxma ilə əməkdaşları işdən cıxarırlar: “Ramiz Mehdiyevi mən burada tanıdım. Bu adam dəhşətli, neqativ əməllərlə dolu, qanun tanımayan, ətrafı savadsız və fırıldaq adamlarla dolu, elmi yox pulu üstün tutan bir şəxsdir. Təsəvvur edin ki, onları məhkəməyə verdiyim üçün, xəstə olan vaxtı məni kadrlarda Sveta xanım xahiş edib çağırdı ki, sənəd verməliyəm. Amma mən ora gedən zaman orada işləyən Teymuru guya döymüşəm deyə yalançı akt tərtib etdirib məni tutdurmağa cəhd göstərdilər. Sonradan öyrəndim ki, Teymur buna razı olmayıb və işdən çıxıb. Bu səbəbdən də, onların oyunu baş tutmayıb. Mənim kimi onlarla əməkdaş var ki, məhkəmələrdə qalıb. Mehdiyevin qalmaqallı toyu ilə tanınan nəvəsi bir dəfə də olsa işə gəlmədiyi halda, maaş alır. Mən və mənim kimi digər ziyalılar isə işdən çıxarılır. Hətta icazəsiz aparat rəhbəri ştatı yaradaraq Slavyan universitetindən qovulan adamlarını Nərgiz Paşayevanın otağına yerləşdiriblər. Hətta otağın qapısında vurulan Nərgiz Paşayevanın adını Həsənov Seyfəllə dəyişərək hamıya güclü olduqlarını nümayiş etdirirlər. Hansıki biz aparat rəhbəri ştatına Nazirlər Kabinetində təsdiq edilmədən 1500 AZN maaş verə bilmədiyimizi, bunun qeyri-qanuni olduğu deyirdik. Hansıki o aparat rəhbərini Slavyan universitetindan saxta kadr işlərinə görə, əməkdaşların ciddi narazılığıdan sonra vəzifədən azad ediblər” – deyə müsahib vurğulayıb
“Akademiyanın qarajının avtonəqliyyatı bitirmiş müdirini vəzifədən uzaqlaşdıraraq, yerinə armatur zavodlarında işdən çıxmış öz adamlarını təyin etdilər. Məlumdur ki həmin zavodu onlardan alıblar və rəhbərini isə neqativ əməllərinə görə, həbs ediblər. İndi həmin zavoddan işdən çıxarılan öz adamlarını AMEA-da işə götürürlər. Təsəvvur edin, bizi elə hala salıblar ki, ziyalılar həmin zavoddan heç kimin işdən çıxarılmaması üçün Allaha dua edirlər. Çünki bilirlər ki, oradan işdən çıxan adamlarını AMEA-da işə götürəcəklər. Əvəzində isə bizlərdən birini işdən çıxaracaqlar. Sorğu göndərib Ramiz Mehdiyev AMEA-ya gələndən sonra evlər kimlərə verilib deyə sual ünvanlasanız, o zaman şok olacaqsınız” – Coşqun Yəhyayev iddialarını yekunlaşdırıb.
Şikayətçi onu da qeyd edib ki, Səbail rayon Məhkəməsi işə baxaraq absurd qətnamə çıxarıb. Appelyasiya Məhkəməsi isə sentyabr ayının 27-də işə baxıb. Lakin məhkəmə prosesi bir həftə sonraya, yəni oktyabrın 4-nə kimi təxirə salınıb.
P.S. Yazıda adı hallanan şəxslərin və AMEA-nın mövqeyini dərc etməyə hazırıq!
KONKRET.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31 |
|
|
|
| • Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29 |
|
|
|
| • Litva Rusiyaya nota verdi
Bu gün, 15:24 |
|
|
|
| • "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18 |
|
|
|
| • "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15 |
|
|
|
| • Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13 |
|
|
|
| • Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20 |
|
|
|
| • Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14 |
|
|
|
| • “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55 |
|
|
|
| • Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44 |
|
|
|
| • "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36 |
|
|
|
| • Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27 |
|
|
|
| • “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20 |
|
|
|
| • Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16 |
|
|
|
| • Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14 |
|
|
|
| • Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09 |
|
|
|
| • Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06 |
|
|
|
| • Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52 |
|
|
|
| • Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48 |
|
|
|
| • “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43 |
|
|
|
| • Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39 |
|
|
|
| • İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26 |
|
|
|
| • "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
| • Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02 |
|
|
|
| • “Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57 |
|
|
|
| • "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45 |
|
|
|
| • "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42 |
|
|
|
| • “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39 |
|
|
|
| • Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25 |
|
|
|
| • İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23 |
|
|
|
| • İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18 |
|
|
|
| • Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16 |
|
|
|
| • Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09 |
|
|
|
| • Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05 |
|
|
|
| • Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01 |
|
|
|
| • Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57 |
|
|
|
| • İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51 |
|
|
|
| • Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45 |
|
|
|
| • Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42 |
|
|
|
| • "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18 |
|
|
|
| • SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13 |
|
|
|
| • "Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31 |
|
|
|
| • Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18 |
|
|
|
| • Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52 |
|
|
|
| • Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45 |
|
|
|
| • Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33 |
|
|
|
| • “Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28 |
|
|
|
| • "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25 |
|
|
|
| • Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
|