Əsas Səhifə > Güney Press / Ana xəbər > Prokurorluq orqanlarında kadr islahatı həyata keçirilib

Prokurorluq orqanlarında kadr islahatı həyata keçirilib


30-10-2015, 11:33
Prokurorluq orqanlarında kadr islahatı həyata keçirilib
Abşeron rayonuna yeni prokuror təyin olunub.

Trend-in əldə etdiyi məlumata görə, Baş Prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron Rayonuna prokuror təyin olunub.

Yeni təyinatla bağlı məlumatı Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayonu Prokuroru işləmiş Qənimət Səfərov qulluqda olmanın yaş həddinə görə təqaüdə göndərilmişdi.

Geri qayıt