Əsas Səhifə > Güney Press / Ana xəbər > Şahin Ağabəylinin faciəvi vəfatından 5 il ötür...

Şahin Ağabəylinin faciəvi vəfatından 5 il ötür...


27-10-2015, 09:04
Şahin Ağabəylinin faciəvi vəfatından 5 il ötür...
Bu gün В«Milli YolВ» qəzətinin və В«PoliqonВ» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından 5 il ötür

Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açmışdı. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərfindən Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olmuşdu.

1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunur. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunur.

2003-cü ildə В«Milli YolВ» qəzetini təsis edir və qəzetin baş yazarı olur. 2006-cı ildə В«PoliqonВ» İnformasiya Agentliyinin qurucusu olmuşdu. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis etmişdi.

Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuşdu.Bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.

Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 34 yaşını doldurmamışdı…

Allah rəhmət eləsin...
Şahin Ağabəylinin faciəvi vəfatından 5 il ötür...

Geri qayıt