Əsas Səhifə > Güney Press / Ana xəbər > MTN-nin daha hansı nazirliklərdə öz adamları var?
MTN-nin daha hansı nazirliklərdə öz adamları var?27-10-2015, 08:52 |
|
MTN-in kiçik və orta sahibkarlara təzyiq göstərməkdə ittiham olunaraq məsuliyyətə cəlb edilən yüksək rütbəli əməkdaşlarının həbs dalğası artıq başqa dövlət qurumlarına da sirayət etməkdədir. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov vəzifəsindən azad olunaraq saxlanılıb. Onun Eldar Mahmudovla yaxın əlaqələrinin olduğu bildirilir. Maraqlıdır, “MTN-işi” gələcəkdə daha hansı nazirliklərə sirayət edə bilər? Hafta.az-a açıqlama verən politoloq Ərəstun Oruclu belə bir ehtimalı mümkün hesab etdi: “Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət xarakteri ondan ibarətdir ki, onlar ən müxtəlif qurumlarda və orqanlarda öz nümayəndələrini yerləşdirirlər. İş qanunlara uyğun formada həyata keçirilsə, burada qeyri-adi heç nə yoxdur. MTN-in əsas vəzifələrindən biri də məhz budur. Onların qurumlarda məlumatlı mənbələri hər zaman olub. Sadə xalq dilində bunlara “agentlər” deyirlər. Bu insanlar maliyyə, iqtisadi məsələlərlə bağlı məlumatlara çıxışa sahib olublar. Görünür MTN əməkdaşları bu məlumatlardan başqa məqsədlər üçün istifadə ediblər. İnsanların pulları, obyektləri barədə xəbər tutduqdan sonra onlara hədə-qorxu gələrək, pul tələb ediblər. Bildirdiyim kimi, bu əlaqələrin olması təbii və zəruri idi. Amma həmin şəxslər əlaqələrdən öz niyyətləri üçün istifadə ediblər. Əvvəllər bu məlumatlardan qanuni formada istifadə olunurdu. Son hadisələrdən sonra məlum oldu ki, MTN-in hazırkı rəhbərliyi bu məlumatlardan varlanmaq üçün istifadə edirlərmiş. Belə hesab edirəm ki, bu şəxslərin başqa nazirliklərdə də əməkdaşları olub və onlar aldıqları informasiyaları təyinata uyğun formada deyil, cinayətkar əməllərini həyata keçirmək üçün istifadə ediblər". Geri qayıt |