Əsas Səhifə > Güney Press / Ana xəbər > Tanınmış şirkət Fazil Məmmədovun nazirliyi ilə məhkəmədə çəkişir

Tanınmış şirkət Fazil Məmmədovun nazirliyi ilə məhkəmədə çəkişir


24-10-2015, 12:28
Tanınmış şirkət Fazil Məmmədovun nazirliyi ilə məhkəmədə çəkişir
“Aqro-MTS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə Vergilər Nazirliyi arasında məhkəmə çəkişməsi bitmək bilmir. Bu barədə Qaynar.info-ya Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.

Belə ki, tanınmış şirkət Fazil Məmmədovun nazirliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində vergi aktının etibarsız hesab edilməsi ilə bağlı 2014-cü ildə iddia qaldırıb və iddia təmin edilib. Vergilər Nazirliyi bu qərardan narazıdır.

Odur ki, bu il oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Həmid Həmidovun sədrliyi ilə nazirliyin Vergilər Departamentinin apellyasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, “Aqro-MTS” MMC ət tədarükü və kəsimi ilə məşğuldur. Şirkətin adı Səfər Əbiyevin nazir olduğu dönəmdə Müdafiə Nazirliyinin ət təchizatı ilə bağlı keçirdiyi tenderin müəmmalı şəkildə qalibi olması ilə bağlı hallanıb. Bundan başqa, “Aqro-MTS”in nazirliyi təchiz etdiyi ət məhsullarının keyfiyyəti ilə bağlı da vaxtilə xoşagəlməz iddialar irəli sürülüb.

Geri qayıt