Əsas Səhifə > Güney Press / Ana xəbər > Beynəlxalq maliyyə təşkilatları "AccessBank"dan pullarını çəkir

Beynəlxalq maliyyə təşkilatları "AccessBank"dan pullarını çəkir


22-10-2015, 11:37
Beynəlxalq maliyyə təşkilatları "AccessBank"dan pullarını çəkir
"AccessBank" QSC-nin 2015-ci ilin ilk 9 aylıq hesabatına əsasən maliyyə müəssisələri və beynəlxalq təşkilatlar 2015-ci ilin 3-cü rübü ərzində bu bankdan vəsaitlərinin bir hissəsini çəkib.

"Report" xəbər verir ki, 2015-ci ilin 3-cü rübündə maliyyə müəssisələri və beynəlxalq təşkilatlar "AccessBank" QSC-dən 61 605 min manat və ya ümumi verdikləri kreditlərdən 10,75% kredit vəsaitlərini geri götürüblər. Bu vəsaitin 53,6 mln. manatı maliyyə müəssisələrinin payına, təxminən 8 mln. manatı beynəlxalq təşkilatlara aiddir.

Geri qayıt