Əsas Səhifə > Güney Press / Ana xəbər > Qubada torpaq alıb ev tikmək müşkil işə çevrilib

Qubada torpaq alıb ev tikmək müşkil işə çevrilib


22-10-2015, 11:07
Qubada torpaq alıb ev tikmək müşkil işə çevrilib
Quba şəhəri ərazisində fərdi ev tikmək üçün torpaq sahəsi almaq çətinləşib. Səbəb şəhər ərazisində boş torpaqların olmaması ilə bağlıdır. Torpaq almaq üçün Quba şəhər Bələdiyyəsinə 3 minə yaxın vətəndaş müraciət edib. Amma onlara yaşayış yeri üçün torpaq vermək mümkün olmayıb. Bələdiyyədən bildirirlər ki, müraciət edənlərin hər birinə 5 sot torpaq sahəsi vermək üçün 150-200 hektara yaxın boş sahəyə ehtiyac var. Belə vəziyyətdə vətəndaşlar məcbur qalıb torpaq almaq üçün fərdi şəxslərə müraciət etməli olur. Bu isə Quba sakinlərinə baha başa gəlir.


Geri qayıt