Əsas Səhifə > Güney Press / Ana xəbər > Nazir xalq artistinin yasına maliyyə ayırdı
Nazir xalq artistinin yasına maliyyə ayırdı15-10-2015, 11:03 |
![]() Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev xalq artisti Nuriyyə Əhmədovanın yas mərasiminin keçirilməsi üçün maliyyə ayrılması haqda müvafiq tapşırıq verib. Bu barədə Axar.az-a Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov bildirib. Nazirlik rəsmisi qeyd edib ki, N.Əhmədovanın yas mərasiminin keçirilməsi üçün Ə.Qarayev tərəfindən "Azərbaycanfilm" kinostudiyasına göstəriş verilib, yaxınları ilə əlaqə saxlanıb, köməklik olunacaq. Qeyd edək ki, aktyor Elnur Kərimov xalq artistinin hüzr mərasimini keçirmək üçün yaxınlarının pul toplaya bilmədiklərini yazmışdı. Xatırladaq ki, xalq artisti oktyabrın 10-da ürək çatışmazlığından dünyasını dəyişib. Geri qayıt |