Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan Suriya qaçqınlarını niyə qəbul etmədi

Azərbaycan Suriya qaçqınlarını niyə qəbul etmədi


14-10-2015, 08:34
Azərbaycan Suriya qaçqınlarını niyə qəbul etmədi
Suriyada yaşanan insanlıq dramından sonra hərəkətə keçən bəzi Avropa ölkələri, orada yaşayan əhalinin bir qismini qaçqın olaraq öz ərazilərində yerləşdirib, onlara yardım etməyə hazır olduğunu bəyan etdi. JAM.AZ xəbər verir ki, Almaniya və Danimarka bunla bağlı ilk addımın ataraq, 2 milyona yaxın suriyalı qaçqına sığınacaq verdiyini açıqladı. Ardından Hollandiya və digər dövlətlər də analoji addımlar atmağa başladı.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Suriyadan olan qaçqınların yerləşdirilməsi ilə bağlı BMT birbaşa məşğul olurmuş. Hətta BMT Azərbaycana da suriyalı qaçqınları yerləşdirmək üçün kvota ayırmaq fikrində olub. Və həmin kvotada 12 min Suriya vətəndaşının qaçqın kimi qeydə alınması, yerləşdirilməsi və təmin olunması nəzərdə tutulubmuş. Lakin rəsmi Bakı bu addımı ata bilməyəcəyini bildirib. Əsalandırma isə hazırda müharibə şəraitində və 1 milyona yaxın qaçqını olmasından ibarət olub. O səbəbdən də BMT-nin israrlı tələblərini qəbul edə bilməyəcəyini çatdırıb.

Geri qayıt