Əsas Səhifə > Güney Press / Ana xəbər > 40 YAP-çı namizədliyini geri götürdü

40 YAP-çı namizədliyini geri götürdü


8-10-2015, 10:16
40 YAP-çı namizədliyini geri götürdü
“Yeni Azərbaycan Partiyasının üzvü olan, ancaq öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslərin böyük əksəriyyəti namizədliyini geri götürüb”.

Bunu AzVision.az-a açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Partiya rəsmisi YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən şəxslərin statistikasını da açıqlayıb: “Partiyanın üzvü olan 53 nəfər öz təşəbbüsü ilə bu seçkilərdə deputatlığa namizədliyini irəli sürüb. Hansı ki, həmin dairələrdən YAP öz namizədini irəli sürmüşdü. YAP-ın icazəsi olmadan namizədliyini verən partiya üzvlərinin 40 nəfəri artıq namizədliyini geri götürüb. Digər 13 nəfərin isə qarşıdakı mərhələdə hansı addımı atacağını görəcəyik”.

Geri qayıt