Əsas Səhifə > Güney Press / Ana xəbər > Fazil Məmmədov "AMAY" Abdullaya qarşı...

Fazil Məmmədov "AMAY" Abdullaya qarşı...


3-10-2015, 11:57
Fazil Məmmədov "AMAY" Abdullaya qarşı...
Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti AMAY Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəmə verib.

Report-un xəbərinə görə, Vergilər Departamenti vergi borcunun ödənilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev hazırda həbsdədir. O bu il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il müddətinə azadlıqdan məhrum edilib. A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Geri qayıt