Əsas Səhifə > Güney Press / Ana xəbər > Avtomobilin üstündəki baqaja görə 150 manat cərimə
Avtomobilin üstündəki baqaja görə 150 manat cərimə29-09-2015, 09:43 |
![]() Qafqaznews.az saytına müraciət edən Bəxtiyarov Elxan Hüseyn oğlu bildirib ki, 31 avqustda günorta radələrində onun LADA 04 markalı maşınını Nərimanov rayonu ərazisində ,“Çermet” körpüsünün üstündə Yol Patrul Xidmətinin əməkdaşları saxlayıb: “ Əməkdaş mənə deyir ki, avtomobilin üstündə baqaj var. Bu baqaj neçə ildir ki, ordadır…özümə lazım olanda istifadə edirəm. Əgər bu qanuni deyilsə niyə son neçə ildə bir dəfə də mənə xəbərdarlıq olmayıb? Digər tərəfdən mən bir müddət əvvəl bu baqajla necə texniki-baxışdan keşmişəm? Onda məni texniki baxışdan buraxmalı deyildilər”. Şikayətçi sonra qeyd edir ki, heç bir əsas olmadan polislər məni 150 manat cərimələdi. Məsələ ilə bağlı DİN-in Dövlət Yol Polis İdarəsinin qərargahının baş inspektoru Elman Əlizadə ilə əlaqə saxladıq. O, qafqaznews.az-a bildirdi ki, avtomobilin üstündəki baqajlara görə, cərimə tətbiq olunur. Müxbirimizin “Bəs, avtomobil bu vəziyyətdə necə texniki baxışdan keçib..?” sualına Əlizadə belə cavab verdi: “ Belə vəziyyətdə texniki baxışdan keçmək mümkün deyil”. Məsələ ilə bağlı Bəxtiyarov Elxanla əlaqə saxladıq. O, bildirdi ki, neçə dəfədir ki, bu baqajla texniki baxışdan keçirəm. Sonda zərərçəkən BDYPİ-nin rəisi general Ramiz Zeynalovdan kömək istəyir. Geri qayıt |