Əsas Səhifə > Güney Press / Ana xəbər > Vergilər Nazirliyinə qarşı daha bir iddia

Vergilər Nazirliyinə qarşı daha bir iddia


28-09-2015, 10:44
Vergilər Nazirliyinə qarşı daha bir iddia
DİA.AZ: - Media Təqib Mərkəzinin (MTM) baş direktoru Elşad Miri Vergilər Nazirliyinə qarşı məhkəmədə iddia qaldırıb. Bununla bağlı DİA.AZ-a danışan baş direktor bildirir ki, ötən həftə Vergilər Nazirliyini MTM-ə qanunsuz cərimə yazmalarından dolayı məhkəməyə verib:

"Nazirliyə qarşı iddia ərizəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldı. Hakim Əhmədov Fəqanın rəhbərliyi ilə iclas keçirildi. İclas zamanı məlum oldu ki, Vergilər Nazirliyinin müfəttişi Emin Məmmədov mənim yerimə qol çəkib. İmzanı heç olmasa mənim imzama oxşatsa dərd yarı idi. Başqa imza çəkib. Hakim soruşur ki, sizin imzanız deyil? Deyirəm ki, ümumiyyətlə, heç oxşarlığı da yoxdur...
Sonra da vergilərin müfəttişi auditimizə zəng edib deyir ki, nolardı öz boynuna götürsəydin?"

diaaz.space-a açıqlamasında Elşad Miri bir neçə ay əvvəl şəxsi mənzilindən edilən oğurluq olayı ilə bağlı son duruma da izahat verib:

"Evimdən oğurluq edildi. Üzərindən 8 ay vaxt ötməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur. Bir Gürcüstan vətəndaşının boynuna atmaq istədilər, amma sübut tələb etdiyim üçün məsələdə havada qaldı. İndi də rəhbərlik etdiyim şirkətimdən dövlətin adından istifadə edənlər oğurluq etmək istəyirlər, amma buna imkan verməyəcəm. Bu qədər saxtakarlıq olmaz... Bu qədər oğurluq olmaz"...

Geri qayıt