Əsas Səhifə > Güney Press / Ana xəbər > "Aztelekom" şirkəti məhkəməyə verdi

"Aztelekom" şirkəti məhkəməyə verdi


28-09-2015, 09:50
"Aztelekom" şirkəti məhkəməyə verdi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) "SST Mühəndislik və Maşınqayırma" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

Report-un xəbərinə görə, "Aztelekom" MMC-dən maddi ziyanın ödənilməsini tələb edir.

İddia olunan maddi ziyanın məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Aztelekom" 1992-ci ilin avqust ayında yaradılıb.

Bakıda fəaliyyət göstərən "SST Mühəndislik və Maşınqayırma" şirkəti sənaye və istehsal, maşınqayırma, tikinti, təmir və təkmilləşdirilmə, mühəndislik xidmətləri və tikinti layihələri ilə məşğul olur.

Geri qayıt