Əsas Səhifə > Güney Press / Ana xəbər > Heydər Əsədov yeni rəis müavini təyin etdi

Heydər Əsədov yeni rəis müavini təyin etdi


23-09-2015, 10:51
Heydər Əsədov yeni rəis müavini təyin etdi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində yeni təyinat olub.

Nazirlikdən Report-a daxil olan məlumata görə, Yaqub Məmmədəli oğlu Cəfərov müvəqqəti olaraq xidmət rəisinin müavini təyin edilib. Bununla bağlı kənd təsərrüfatı naziri əmr imzalayıb.

Qeyd edək ki, Y.Cəfərov elmi fəaliyyətə 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun “Proqnoz” laboratoriyasında başlayıb, 2001-ci ildən Gəncə Dövlət Universitetində müəllim işləyib, 2012- 2015-ci illərdə Gəncə Dövlət Aqrar Universitetində bitki mühafizəsi üzrə ali təhsilin hər üç səviyyəsində (bakalavr, magistratura və doktorantura ) elmi-pedoqoji fəaliyyətini davam etdirib, daha sonra universitetdə dosent vəzifəsində çalışıb.

1986-cı ildə “Bitkilərin xəstəlik və zərərvercilərdən mühafizəsi ” üzrə aspiranturaya daxil olub, namizədlik disertasiyası müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb, hazırda doktorluq dissertasiyası üzərində işləyir.

Pedoqoji fəaliyyətinin 14 ili ərzində 1 dərs vəsaiti, 3 metodiki vəsait, Təhsil Nazirinin qrifi ilə 19 fənn proqramı və s. nəşr etdirib.

Geri qayıt