Əsas Səhifə > Güney Press / Ana xəbər > `Cavid Qurbanov elə şeirlər yazır ki...`

`Cavid Qurbanov elə şeirlər yazır ki...`


21-09-2015, 09:52
`Cavid Qurbanov elə şeirlər yazır ki...`
“Azərbaycanın dəmir yollarındakı geriləmə və ciddi xaraket daşıyan problemlərin dərhal aradan qaldırılması üçün Cavid Qurbanov tərəfindən geniş proqram həyata keçirilir”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Deputat 56 yaşına qədəm qoyan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Cavid Qurbanovun fəaliyyətindən söhbət açıb. Bildirib ki Cavid Qurbanov Azərbaycan xalqının dəyərli nümayəndələrindən biridir.

“O, bir nəqliyyatçı kimi çox peşəkar və öz işinə məsuliyyətlə yanaşan bir insandır. “Azəryolsevis”də çalışdığı zaman üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Və bu gün bizim çox rahatlıqla istifadə etdiyimiz magistral yolların çəkilməsində onun böyük rolu var.

Ölkə rəhbərinin sərəncamı ilə Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunandan sonra orada işlər xeyli dərəcədə canlanıb. Dəmir yolları sahəsində özünü göstərən xoşagəlməz hallar aradan qaldırılır. Buna ən bariz nümunə Bakı-Sumqayıt qatarının açılması və ən müasir qatarların xətlərə buraxılmasıdır”.

Deputat hesab edir ki, Cavid Qurbanov Azərbaycan dəmir yollarını daha da inkişaf etdirəcək. Onun yüksək dərəcədə təşkilatçılıq qabiliyyəti, peşəkarlığı və ölkə prezidentinə sədaqəti bunu deməyə əsas verir.

F.Ağamalı həmçinin Cavid Qubanovun parlametdəki fəaliyyəti və şeir yazmaq istedadından söz açıb: “Cavid Qurbanov Milli Məclisin deputatı kimi uğurlu fəaliyyətlə məşğuldur. Onun Azərbacan xalqının mənafeyi və dövlətimizin maraqları ilə üst-üstə düşən çıxışları ilə yadda qalıb. Cavid Qurbanov həm də gözəl şeirlər yazır. O elə şeirlər yazır ki, insan valeh olur. O, ustad Aşıq Şəmşirin nəvəsidir. Şeir yazmaq təbii ki, onun genetik kodundan qaynaqlanır. Bu, onun babası Asıq Şəmşir və Aşıq Qurbandan gələn bir üstünlükdür. Cavid Qurbanov həm də gözəl dost və insandır. O, çox xeyirxahdır. Ona can sağlığı arzu edirəm. Bundan sonrakı fəaliyyətində uğurlar arzu edirəm. Tam əminəm ki, Cavid Qurbanovu tanıyanların hamısının ona qarşı çox böyük sevgi və rəğbəti var”.

Sonda isə Fəzail Ağamalı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxması ilə bağlı dövlət baçısının imzaladığı fərmana münasibət bildirib: “Bu ölkə prezidentinin idarəçilik sistemində keçirdiyi islahatlardan biridir. Düşünürəm ki, bu addım "Azərbaycan Dəmir Yolları"sisteminin işinin daha çevik və daha keyfiyyətli qurulmasında mühüm rol oyanayacaq”.

Geri qayıt