Əsas Səhifə > Güney Press / Ana xəbər > DSMF tanınmış şirkəti məhkəməyə verdi

DSMF tanınmış şirkəti məhkəməyə verdi


19-09-2015, 12:24
DSMF tanınmış şirkəti məhkəməyə verdi
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə Departamenti "3A" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

Report-un məlumatına görə, departament borcun tutulmasına dair tələb irəli sürüb.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və Fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.

"3A" şirkəti isə 2003-cü ildən Qafqaz regionunda isti üsulla qalvanizasya, sənaye, təhlükəsizlik, yol nişanlarının istehsalı və quraşdırılması və yollarda təhlükəsizlik tədbirlərinin təşkili istiqamətində fəaliyyət göstərir.

Geri qayıt