Əsas Səhifə > Güney Press / Ana xəbər > "YAP-ın hazırkı deputatlarından 53-nün namizədliyi yenidən irəli sürülüb"
"YAP-ın hazırkı deputatlarından 53-nün namizədliyi yenidən irəli sürülüb"15-09-2015, 16:02 |
![]() Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Milli Məclisə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclası başa çatıb. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib. Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: “Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”. Geri qayıt |