Əsas Səhifə > Güney Press / Ana xəbər > Binəqədidəki yanmış bina sakinlərindən prezidentə növbəti müraciət...
Binəqədidəki yanmış bina sakinlərindən prezidentə növbəti müraciət...10-09-2015, 11:05 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Binəqədi rayonu, Azadlıq pr. 200/36 yanmış bina sakinləri tərəfindən Müraciət Cənab Prezident! Hadisədən dərhal sonra bizə göstərdiyiniz diqqət və qayğıya görə sizə minnətdarlığımızı bildiririk. Lakin Sizin verdiyiniz tapşırıqları yernə yetirməkdən boyun qaçıraraq, 15 avqust 2015 - ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətndə Abid Şərifovun sədrliyi ilə keçirilən iclas zamanı bina sakinlərinin sualına cavab olaraq bildirildi ki, kondisioner, televizor, soyuducu, yorğan - döşək və s. ev əşyaları bizə mənəvi təzminat kimi ödənilmiş iyirmi min manatla alınmalıdır. O pul sakinlərə verildikdə mənəvi təzminat olduğunu bildirdiklərinə görə, sakinlər həmin pulu ailə üzvlərinin yeməyinə, geyiminə, sağlamlığına və s. xərcləyiblər. Cənab prezident, sakinlərin bəzilərinin yanmış binadan götürdüyü müəyyən əşyalar var ki, onlar da su və güclü zəhərli tüstü nəticəsində tam yararsız hala düşüb. Amma deyəsən komissiya bunu nəzərə almaq istəmir və onların niyyətləri tamam başqadır. Hörmətli prezident, xahiş edirik bizim ev və məişət əşyaları ilə təmin olunmağımıza kömək edəsiniz. Geri qayıt |