Əsas Səhifə > Güney Press / Ana xəbər > PKK tarixi Azərbaycan şəhərini işğal etmək istəyir
PKK tarixi Azərbaycan şəhərini işğal etmək istəyir9-09-2015, 12:33 |
|
“PKK çoxdan İqdırı ələ keçirmək istəyirdi. Çünki, PKK İqdır, Ağrı, Van olmaqla bu üç şəhəri bufer zona elan edib burada öz hakimiyyətlərini qurmağa çalışır”. Bu fikirləri SalamNews-a İqdırda fəaliyyət göstərən Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy səsləndirib. Dərnək rəhbəri bildirib Ermənistan da bu işin, prosesin önündə gedir: “Ermənistan həm maddi, həm də öz ölkəsindəki erməni könüllüləri ilə PKK-ya dəstək verir”. Göksəl Gülbəyin sözlərinə görə, Naxçıvan vətəndaşları və hakimiyyətinin qarşıdakı zamanlarda can və torpaq təhlükəsizliyi yoxdur: “Məlumat üçün qeyd edim ki, İraqın Yerli Kürd Administrasiyasının baş naziri Məsud Bərzaniyə aid bir televiziya kanalı hava haqqında məlumatı efirə verərkən Naxçıvanın da bir hissəsini Kürdistan torpaqları kimi qeyd edir. Baxın, gələcəkdəki təhlükə budur”. Geri qayıt |