Əsas Səhifə > Güney Press / Ana xəbər > Salyanda etiraz aksiyası

Salyanda etiraz aksiyası


9-09-2015, 10:17
Salyanda etiraz aksiyası
Bu gün səhər saat 8: 15-də Ələt-Astara avtomobil yolunu inşa edən “EVRASCON” şirkətinin 400 nəfərə yaxın fəhləsi etiraz aksiyası keçirərək Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Kür çayı üzərindəki körpüdə avtomobillərin hərəkətini dayandırıb.

Yolçəkən fəhlələrin tələbi 5 aydır ki, almadıqları əmək haqlarının ödənilməsidir. Aksiya 1 saatdan artıq davam edib. Hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının etirazçılarla apardıqları danışıqlardan sonra onlar yoldan çəkiliblər.

Aksiya iştirakçılarından saxlanılan olmayıb.

Fəhlələrlə görüşən şirkət nümayəndələri isə gün ərzində onların əmək haqlarının ödənilməsinə başlanacağına söz verib. Aksiya 1 saatdan artıq davam edib.

***

Bu gün səhər saatlarında Salyan rayonunda etiraz aksiyası keçirilib. Xalqxeber.Az-ın verdiyi məlumata görə, insanların etiraz etmələrinə səbəb onların "EVRASCON" ASC-nin Direktorlar Şurasının sədri Əfəndi İsmiyev tərəfindən əmək haqqlarının 5 aydır verilməməsidir. Etiraz edən şirkətin əməkdaşları Salyan magistral yolunu bağlayaraq, Əfəndi İsmiyevin istefasını tələb etməklə yanaşı onların əmək haqqlarının verilməsinin vacibliyini vurğulamışlar. Əməkdaşımızla söhbət edən şirkət işçiləri onu da bildiriblər ki, 5 aydır həm əmək haqqımızı ala bilmirik, həm də şirkət rəhbərliyi tərəfindən hüquqlarımız kobud şəkildə pozulur. Bu gün 400-500 nəfər aksiyada iştirak edir, əslində isə iştirak edənlərin sayı çox olmalı idi və üzürlü səbəblərdən gələ bilməyiblər. Biz ölkə rəhbərliyindən xahiş edirik, şirkətin rəhbəri Əfəndi İsmiyevə xüsusi tapşırıq versin ki, bizim 5 aydır qanunsuz yerə saxlanılan əmək haqqlarımızı özümüzə versin. Şikayətçilər onu da bildirdi lər ki, "EVRASCON" ASC-də dövlət orqanları ciddi şəkildə araşdırmalar aparsalar görəcəklər ki, işçilərin çoxunun əmək müqaviləsi yoxdur və vergidən yayınma halları mövcuddur. Bir sözlə desək ölkə büdcəsinə "EVRASCON" ASC ziyan vurmaqla məşğuldur. Şikayətçilər sonda onuda bildirdilər ki, yəqin bizim bu etiraz səsimizi ölkə rəhbərliyi nəzərə alar və şirkət rəhbərliyi tərəfindən əmək haqqlarımız verilər. "EVRASCON" ASC-nin rəhbərinin mövqeyini öyrənməyə hazırıq.


Salyanda etiraz aksiyası
Salyanda etiraz aksiyası
Geri qayıt