Əsas Səhifə > Güney Press / Ana xəbər > YAP namizəd siyahısını niyə açıqlamır?
YAP namizəd siyahısını niyə açıqlamır?28-08-2015, 11:38 |
|
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazırdır. Bu barədə AzVision.az-a açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. H. Paşayev YAP-ın deputatlığa namizədlərinin siyahısının prezident İlham Əliyevin sərəncamından sonra elan olunacağını diqqətə çatdırıb. “Bəzi KİV-lər bizə istinad etmədən məlumat yayırlar ki, YAP bu gün namizədlərinin siyahısını açıqlayacaq. Bu məlumatlar həqiqəti əks etdirmir. Onlar münəccimliklə məşğuldurlar. YAP deputatlığa namizədlərinin siyahısını Azərbaycan Prezidenti İlham Əliyevin V çağırış Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı sərəncamından sonra açıqlayacaq və bundan sonra seçki kampaniyasına rəsmi start verəcək”. Geri qayıt |